Sənin xüsusi əmrlərinə itaət etsin.
Yenidən öz təbiətinə görə yuxarıdan şəkil
aldı ki,
Sənin övladların sağ-salamat qorunub-
saxlansınlar.
7 Düşərgəyə kölgə salan bulud peyda oldu,
Əvvəllər su olan yerdə quru torpaq
göründü.
Qırmızı dənizdən maneəsiz yol,
Fırtınalı ənginlikdən yaşıl otlaq açıldı.
8 Sənin əlinlə qorunan xalqın heyrətamiz
möcüzələri görüb
Hamılıqla dənizi aşıb-keçdi.
9 Çəmənlikdə otlayan atlar kimi, hoppanan
quzular kimi
Onlar öz Xilaskarlarına – ya Rəbb, Sənə
şükür edirdilər.
10 Çünki hələ əsarətdə olarkən
Nələrin baş verdiyini xatırlayırdılar:
Yer üzü necə başqa canlılar əvəzinə
milçəklər yetirdi,
Çay balıq əvəzinə çoxlu qurbağalar
püskürtdü.
11 Sonra isə onlar istəklərinə uyaraq
Ləzzətli bir yemək istəyəndə
Nadir növlü quşların gəldiyini gördülər.
12 Onları doydurmaq üçün dənizdən
bildirçinlər uçub gəldi.
Misir və Sodom
13 Amma günahkarlar cəzalara məruz
qaldılar,
Bunlar əlamətlərlə, ildırımların gücü ilə
müşayiət olundu.
Pisliklərinə görə haqlı olaraq əziyyət
çəkdilər.
Çünki Misirlilər yadellilərə güclü ikrah
hissi ilə yanaşdılar.
14 Sodomlular tanımadıqları qonaqları
qəbul etmədilər,
Misirlilər isə xoş niyyətlə gələn qəribləri
dustaq etdilər.
15 Sodomlular yadellilərlə düşməncəsinə
davrandıqlarına görə
Hələ mühakiməyə də məruz qaldılar.
16 Misirlilərə gəlincə, əvvəlcə xalqını
sevinclə qarşıladılar,
Onlara bərabər hüquqlar verdilər.
Sonra isə ağır işlərlə zülm etdilər.
17 Buna görə də Misirlilərin hamısı kor
oldu,
Saleh olan Lutun qapısı ağzında
dayananların aqibətinə uğradılar;
Onlar qatı zülmətə qərq olaraq qapılarının
girişini aradılar.
Dostları ilə paylaş: