Yoxsullara kömək barədə 30 Su odun şöləsini söndürür,
Verilən sədəqə günahları bağışlatdırır.
31 Yaxşılığa yaxşılıqla cavab verən kəs
Bundan sonra yadda qalacaq,
O yıxıldığı zaman dayaq tapacaq.
4
Yoxsullara və məzlumlara mərhəmət barədə
1 Övladım! Yoxsulun ruzisini verməkdən
imtina etmə,
Ehtiyacda olanların gözlərini intizarda
qoyma.
2 Ac olanların ürəyini kədərləndirmə,
Möhtac insanı əsəbiləşdirmə.
3 Məyus ürəyi incitmə,
Yoxsullardan köməyini əsirgəmə.
4 Əziyyət içində yalvaran kəsi rədd etmə,
Yoxsul bir şəxsə rast gələndə üzünü
çevirmə.
5 Dilənçilərə gözünü yumma,
Elə et ki, heç kim səni lənətləməsin.
6 Çünki o, ürək yanğısı ilə sənə lənət
edəndə
Onu Yaradan onun yalvarışını eşidəcək.
7 Arasında yaşadığın icmanın məhəbbətini
qazan,
Hörmət sahibi olan adamın önündə təzim
et.
8 Yoxsula qulaq as,
Onun salamına nəzakətlə cavab ver.
9 Məzlumu zalımın əlindən qurtar,
Hökm verərkən tərəddüd etmə.
10 Yetimlərə ata kimi ol,
Onların analarına bir ər kimi dayaq ol.
Uca Olanın gözündə bir oğul kimi
olacaqsan.
O, ana sevgisindən daha üstün olan
məhəbbətlə səni sevəcək.