Hikmətin verdiyi mükafat 11 Hikmət öz övladlarını ucaldır,
Onu axtaranlara himayə göstərir.
12 Hikməti sevən həyatı sevər,
Erkən vaxtdan onu axtaranlar sevinclə
dolacaq.
13 Ona sahib olan izzət qazanacaq,
Hara getsə, Rəbb ona xeyir-dua verəcək.
14 Hikmətə xidmət edən kəs
Müqəddəs Olana xidmət etmiş olur,
Rəbb də hikməti sevənləri sevir.
15 Hikmətə itaət edən şəxs millətlərə hökm
edəcək,
Onunla maraqlanan kəs əmin-amanlıqda
yaşayacaq.
16 Hikmətə sadiq qalan adam onu miras
alar,
Bu adamın nəsilləri hikməti əldə edər.
17 Əvvəlcə hikmət insanı dolanbac
yollarla aparar,
Onu qorxudub həyəcana salar.
Hikmətə güvənə biləcəyinə əmin olana
qədər
Təlimi ilə onu əziyyətə salar.
Öz göstərişləri ilə onu sınayar.
18 Sonra birbaşa düz onun yanına gələr,
Onu sevindirər, sirlərini ona aşkar edər.
19 Əgər insan yoldan azarsa, hikmət onu
tərk edər,
Onu öz həlakının əlinə təslim edər.