Deuterokanonik kitabları Yoxlama versiyası


Düzgünlük və nəfsinə nəzarət barədə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə197/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   193   194   195   196   197   198   199   200   ...   304
Barux

Düzgünlük və nəfsinə nəzarət barədə
9 Hər küləyin əsdiyi səmtə getmə,
Hər yolun ardınca getmə.
İkiüzlü günahkarlar belə edir.
10 Əqidəndə möhkəm ol,
Sözün ardıcıl olsun.
11 Eşitməyə tələs,
Cavab verəndə isə ətraflı düşün.
12 Bir   şey   barədə   bilirsənsə,   qonşuna
cavab ver,
Əgər belə deyilsə, ağzını öz əlinlə yum.
13 Həm hörmət qazanmağın,
Həm   də   hörmətsizliyin   səbəbi   deyilən
sözlərdir;
İnsanın dili onun yıxılmasına yol açır.
14 İftiraçı adam kimi tanınma,
Dilinlə başqalarına tələ qurma.
Çünki oğurluğun sonu xəcalətə,
İkiüzlülüyün axırı acı məzəmmətə aparır.
15 Böyük-kiçik bütün işlərdə nadan olma.
Dost ola biləcəyin yerdə düşmən olma.
6
1 Pis   şöhrət   sənə   xəcalət   və   məzəmmət
gətirər,
145


Bu iş ikiüzlü günahkarın başına gələr.
2 Öz nəfsinin caynağına düşmə,
Ta öküz kimi vücudunu dağıtmasın.
3 Çünki yarpaqların quruya bilər,
Meyvələrin məhv olar,
Qurumuş ağac kimi qalarsan.
4 Şər   ehtiras,   içində   onu   daşıyan   insanı
məhv edər,
Onu   düşmənlərinin   kinayə   hədəfinə
çevirər.
Dostluq barədə
5 Xoş danışıq insanın dostlarını artırar,
Şirin dilli adama nəzakət göstərərlər.
6 Səninlə   dostluq   edənlərin   sayı   qoy   çox
olsun,
Amma   min   nəfərdən   birini   özünə
məsləhətçi seç.
7 Bir kəslə dost olmaq istəyirsənsə, əvvəl
onu sına,
Ona etibar etməyə tələsmə.
8 Bəziləri   var   ki,   onun   işinə   yarayanda
sənə dost olar,
Kədər günündə isə səninlə birgə qalmaz.
9 Bəziləri   də   var,   dostdan   düşmənə
çevrilər,
Səni rüsvay etmək üçün bu davanı hər kəsə
söyləyər.
10 Dost var ki, süfrə arxasında dostdur,
Kədər günündə isə səninlə birgə qalmaz.
11 Uğurlu   vaxtında   o   elə   bil   sənin
kölgəndir,
Xidmətçilərinə ərklə buyruq verər.
12 Amma   bir   gün   sən   alçalsan,   əleyhinə
çıxar,
Sənin önündən gizlənər.
13 Düşmənlərindən uzaq dur,
Dostlarınla ehtiyatlı ol.
14 Sadiq dost möhkəm sığınacaqdır,
Onu tapan bir xəzinə tapmışdır.
15 Sadiq dostun qiyməti yoxdur,
Onun dəyərini ölçmək mümkün deyil.
16 Sadiq dost həyat verən məlhəmdir,
Rəbdən qorxan kəs onu tapar.
17 Rəbdən   qorxan   kəs   dostluqda   düzgün
olduğu üçün
Yoldaşlıq etdiyi adamı da özü kimi olmağa
sövq edər.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin