Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə198/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   194   195   196   197   198   199   200   201   ...   304
Barux

Müdrikliyə yönəlmək
18 Övladım, cavan ikən təlimi seç,
Saçların   ağarana   qədər   müdriklik   əldə
edəcəksən.
19 Bu   işdə   torpağı   şumlayan   və   toxum
səpən adam kimi ol,
Bunun bol məhsulunu gözlə.
Çünki hikmət sənin torpağını becərən vaxt
Bir qədər yorulacaqsan,
Amma   tezliklə   onun   məhsulundan
qidalanacaqsan.
20 Hikmət təlim öyrənməmiş adama qarşı
çox sərtdir,
Ağılsız adam onunla qala bilmir.
21 Hikmət   onu   ağır   sınaq   daşı   kimi
sıxacaq,
O, bunu üzərindən atmağa tələsəcək.
22 Çünki hikmət öz adına uyğun davranır,
Çox az adama aşkar olur.
23 Mənə   qulaq   as,   övladım,   mənim
mühakiməmə bel bağla,
Mənim öyüdümü rədd etmə.
24 Sən hikmətin qandalını ayağına bağla,
Onun boyunduruğunu boynuna sal.
25 Onun boyunduruğunun altına girib onu
daşı,
Onun   əsarəti   altında   olmaq   səni
qıcıqlandırmasın.
26 Bütün varlığınla ona yaxınlaş,
Bütün gücünlə onun yollarına əməl et.
27 Araşdırıb   axtar   və   sən   onu   dərk
edəcəksən,
Ona   sahib   olandan   sonra   onu   əldən
buraxma.
28 Çünki axırda onda sakitlik tapacaqsan,
O, sənin üçün sevincə çevriləcək.
146


29 Onun   qandalları   sənin   üçün   güclü
müdafiədir,
Onun boyunduruğu cah-calallı libasdır.
30 Onun halqası qızıl bir bəzəkdir,
Onun buxovu al-qırmızı bir sapdır.
31 Sən   onu   cah-calallı   bir   libas   kimi
geyəcəksən,
Sevinc tacı kimi başına qoyacaqsan.
 
32 Övladım, əgər istəsən, təlim öyrənərsən,
Varlığını bu işə həsr etsən, zəkalı olarsan.
33 Əgər qulaq asmağı sevsən, hikmətə yol
taparsan,
Əgər   söylənənlərə   diqqət   etsən,   müdrik
olarsan.
34 Ağsaqqalların yığıncağına qatıl,
Bir müdrik şəxs gördünsə, ona bağlan.
35 Hər   ruhani   söhbətə   qulaq   asmağa
həvəsli ol,
Ağıllı məsəllərdən yan keçmə.
36 Ağıllı bir adam görsən,
Səhər ertədən onun görüşünə get.
Qoy ayaqların onun evinin astanasını yağır
etsin.
37 Rəbbin   qaydaları   üzərində   dərindən
düşün,
Hər zaman Onun əmrləri barədə fikirləş.
Onda Rəbb sənin ağlına həssaslıq verəcək,
İstədiyin müdrikliyi əldə edəcəksən.
7

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin