Zəruri olduqda cavab verməyi
öyrənəcəksən.
10 Günahkarın kömürünü alovlandırma,
Çünki onun alovunun dillərindən yana
bilərsən.
11 Həyasız adama baş qoşma ki,
Səni öz sözlərindən tələyə salmasın.
12 Səndən güclü olan adama borc vermə,
Əgər vermisənsə, pulunu itirilmiş hesab et.
13 Öz imkanından artıq üzərinə zaminlik
götürmə,
Əgər götürürsənsə, pulu ödəməyə hazır ol.
14 Bir hakimlə məhkəməyə çıxma,
Çünki hökm onun lehinə olacaq.
15 Macəraçı bir adamla yol yoldaşı olma,
Sənə əziyyət gətirə bilər.
O, özbaşına hərəkət edəcək,
Onun düşüncəsizliyi hər ikinizin ölümünə
səbəb ola bilər.
16 Tez qızışan adamla mübahisə etmə,
Çöllüyə onunla birlikdə səfər etmə.
Çünki qan tökmək onun üçün çox asan
işdir,
Kömək olmayan yerdə səni vura bilər.
17 Ağılsız bir adamla məsləhətləşmə,
Çünki o, sənin sirrini saxlamaz.
18 Yad adamın yanında gizli ediləsi işləri
etmə,
Çünki bilmirsən ki, ondan hansı əməl hasil
olacaq.
19 Ürəyindəkiləri hər adama bildirmə,
Yaxşılığı hər adamdan qəbul etmə.
9
Dostları ilə paylaş: