Qürurun səbəb olduğu günah 6 Qonşunun hər qüsuruna qarşı
qəzəblənmə,
Heç kəslə kobud davranma.
7 Qürur həm Rəbdə, həm də insanlarda
ikrah oyadır,
Haqsızlıq hər ikisi üçün iyrəncdir.
8 Hökmranlığın bir millətdən digərinə
keçməsinin səbəbi
Haqsızlıq, kobud rəftar və var-dövlət
hərisliyidir.
9 Tozla küldən ibarət insanın qürurlanası
nəyi var?
Diri ikən də insanın bağırsaqlarından pis
şey ifraz olur.
10 Uzun sürən xəstəliyin qarşısında həkim
də acizdir,
Bu günün padşahı sabah bir heç olur.
11 İnsan öləndə onun cismi
Sürünənlərə, vəhşi heyvanlara və qurdlara
miras qalır.
12 Qürurun başlanğıcı insanın Rəbdən
uzaqlaşmasıdır,
Ürəyinin onu Yaradandan dönməsidir.
13 Qürurun başlanğıcı günah olduğuna
görə
Ona bağlanan adamdan pislik üzə çıxar.
Buna görə də Rəbb insanlara görünməmiş
fəlakətlər göndərir,
Onları büsbütün məhv edir.
14 Rəbb hökmranları taxtdan salır,
Həlim adamları onların yerinə oturdur.
15 Rəbb millətləri kökündən çıxarır,
Onların əvəzinə həlim millətləri yerləşdirir.
16 Rəbb millətlərin yaşadığı ölkələri viran
qoyur,
Onları dünyanın təməlinə qədər yox edir.
17 O, bəzi millətləri qovub məhv etmişdir,
Onların xatirəsini yer üzündən silmişdir.
18 Qürur insanlar üçün yaradılmamışdır,
Qəzəb alovu qadından doğulanlar üçün
deyil.