Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə211/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   207   208   209   210   211   212   213   214   ...   304
Barux

Həmkarlıq barədə
1 Qatrana toxunan hər kəs kirlənər,
Beləcə, qürurlu bir adamla yoldaşlıq edən
də axırda ona bənzəyər.
2 Sənin   üçün   çox   ağır   olan   bir   yükü
daşımağa çalışma,
Səndən   daha   güclü   və   varlı   adamla
yoldaşlıq etmə.
Gil küp dəmir qazanın müqabilində duruş
gətirə bilərmi?
Toqquşduqları zaman küp qırılacaq.
3 Varlı adam başqasını incidər, hələ hədə-
qorxu da gələr,
Yoxsul incidilsə də, özü üzr istəyər.
4 Varlı   adamın   işinə   yarasan,   səndən
istifadə edəcək,
Amma ehtiyacın olsa, o, səni tərk edəcək.
5 Əgər   sənin   bir   şeyin   varsa,   səninlə
qalacaq,
Sıxıb   suyunu   çıxaracaq,   heç   halına   da
yanmayacaq.
6 Sən ona lazım olanda səni aldadacaq,
Üzünə
 
gülümsəyəcək,
 
səni
ümidləndirəcək.
Şirin dilini işə salacaq,
«Sənə bir şey lazımdırmı?» deyəcək.
7 Öz nemətləri ilə sənə xəcalət verəcək,
O   vaxtacan   ki,   iki-üç   dəfə   səni   xərcə
salacaq,
Axırda səni gülünc vəziyyətə gətirəcək.
Sonra   da   qarşılaşdığınız   vaxt   səni
saymayacaq,
Sənə kinayə edərək başını yelləyəcək.
 
8 Ehtiyatlı ol ki, yolunu azmayasan,
Öz axmaqlığına görə alçaldılmayasan.
9 Yüksək   mənsəbli   bir   şəxs   səni   çağırsa,
boyun qaçır,
O   zaman   səni   daha   da   təkidlə   dəvət
edəcək.
10 Özünü   qabağa   vermə   ki,   səni   rədd
etməsinlər,
Amma   kənarda   da   durma   ki,   yaddan
çıxmayasan.
11 Ona özünü bərabər sayma,
Onun uzun danışa bilməyinə bel bağlama.
Onun   uzun   danışmasının   məqsədi   səni
sınamaqdır,
Üzünə   gülümsəyərək   səni   nəzərdən
keçirəcək.
12 Sözünü   özündə   saxlamayan   adamın
özünə yazığı gəlmir,
O,   özünü   zülmdən   və   qandaldan   qoruya
bilməyəcək.
13 Ayıq ol və diqqət et,
Çünki yıxıla biləcəyin yolla gedirsən.
14 Bunları yuxuda da eşitsən, oyan!
Bütün həyatın boyu Rəbbi sev və xilasın
üçün Ona yalvar.
k
 
15 Hər canlı özünə bənzər canlını,
Hər insan özünə oxşayanı sevər.
16 Hər varlıq öz növü ilə qovuşar,
İnsan öz növünə aid varlığa bağlanar.
17 Qurdla quzu yola gedə bilərmi?
Günahkarlar   və   möminlər   arasında
münasibət də belədir.
18 Goreşənlə   köpək   arasında   sülh   ola
bilərmi?
Varlı   ilə   yoxsul   arasında   anlaşma   ola
bilərmi?
19 Çöldə vəhşi eşşək aslanın ovu olur,
Eyni   tərzdə   yoxsullar   da   varlıların
şikarıdır.
20 Qürurlu adam üçün həlimlik iyrəncdir,
Eynilə   də   varlı   adam   üçün   yoxsul
iyrəncdir.
 
21 Varlı adam yıxılsa, dostları ona dəstək
olar,
Yoxsul adam yıxılsa, dostları onu pisləyər.
154


22 Varlı   adam   sarsılanda   ona   çox   adam
yardım edər,
Pis sözlər danışsa da, ona bəraət verilər.
Yoxsul adam sarsılanda təqsirkar olar,
Ağıllı sözlər danışsa da, heç kəs ona qulaq
asmaz.
23 Varlı adam danışanda hər kəs susar,
Onun söylədikləri göylərə qaldırılar.
Yoxsul   danışarsa,   hamı   «Bu   adam
kimdir?» deyə soruşar,
Büdrəyərsə, onu itələyib yıxarlar.
24 Əgər   bunda   bir   günah   yoxdursa,   var-
dövlət yaxşı şeydir,
Dinsizlər yoxsulluğun pis bir şey olduğunu
deyirlər.
 
25 İnsanın ürəyi onun üzünün ifadəsini
Ya yaxşılığa, ya da pisliyə doğru dəyişir.
26 Xoşbəxt bir ürək sevincli bir simaya,
Məsəllər   yaratmaq   isə   gərgin   düşüncəyə
gətirib çıxarır.
----------------------------------------------------
k13:14   Bəzi   əlyazmalar   bu   ayəni   əlavə
edirlər.
14
1 Nə bəxtiyardır dili ilə günah etməyən,
Günahdan gələn kədərə qapılmayan insan!
2 Nə bəxtiyardır qəlbi onu ifşa etməyən,
Ümidini əsla itirməyən insan!

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin