Xəsislik və acgözlük barədə 3 Var-dövlət xəsis adamın nəyinə lazımdır?
Acgözün əmlaka malik olmasından nə
fayda olar?
4 Canına qıymayaraq sərvət toplayan adam
Bunu başqaları üçün yığır,
Onun malı ilə başqaları rifah içində
yaşayacaqlar.
5 Özü üçün xəsis olan bir insan kimə
xeyirxahlıq edə bilər?
O, öz var-dövlətindən həzz ala bilməyəcək.
6 Özünə xəsislik edən adamdan pis heç nə
ola bilməz,
Bu, onun etdiyi günahın əvəzidir.
7 Bu adam yaxşılıq etsə belə, anlamadan
edər,
Amma axırda yenə pisliyini üzə çıxarar.
8 Xəsis olan kəs pis adamdır,
O, başqalarına arxa çevirər və məhəl
qoymaz.
9 Acgöz adamın gözü öz payı ilə doymaz,
Şər adamın haqsızlığı ürəyi cansız edir.
10 Xəsis çörəyi istəksiz verir,
Onun süfrəsində qənaət olar.
11 Övladım, nə qədər bacarırsan, özünə
yaxşı bax,
Rəbbə layiqli təqdimlər gətir.
12 Yadda saxla ki, ölüm gecikmir,
Ölümün qaydaları sənə aşkar deyil.
13 Nə qədər ki ölməmisən, dostuna
yaxşılıq et,
Gücün çatdığı qədər ona əl tut və ver.
14 Bu günün nemətlərindən özünü
məhrum etmə,
Yaxşı niyyətlə arzuladıqlarından öz payına
düşəni al.
15 Var-dövlətini başqalarına qoyub
getməyəcəksənmi?
Zəhmətinin məhsulu püşkə görə paylara
bölünməyəcəkmi?
16 Verən və alan ol, canına qulluq et,
Çünki ölülər diyarında əylənmək mümkün
deyil.
17 Bütün varlıqlar paltar kimi köhnəlir,
Qədimdən belə müəyyən olunmuşdur:
«Hökmən öləcəksən».
18 Onlar qol-budaq atmış ağacdakı yaşıl
yarpaqlar kimidir:
Bəziləri düşür, bəziləri bitir.
Ətdən və qandan ibarət məxluq da belədir:
Biri ölür, biri doğulur.
19 Çürüməyə məruz qalan hər şey yox
olur,
155