Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə216/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   212   213   214   215   216   217   218   219   ...   304
Barux

Kainatda insan
24 Məni dinlə, övladım, biliyi qəbul et,
Sözlərimi ürəyində saxla.
25 Mən təlimi dəqiq açıqlayacağam,
Biliyi dürüst bəyan edəcəyəm.
 
26 Rəbb başlanğıcda Öz işlərini edəndə
Hər şeyin vəzifəsini təyin etdi.
157


27 O,   Öz   işlərinə   əbədi   olan   bir   nizam
qoydu ki,
Başlanğıcdan nəsillər boyu davam etsin.
Onun   yaratdıqları   aclıq   çəkməz   və
yorulmazlar,
Öz fəaliyyətlərini dayandırmazlar.
28 Onların   heç   biri   öz   qonşusunu
sıxışdırmaz,
Heç vaxt Onun əmrindən çıxmaz.
29 Bunlardan əlavə, Rəbb yer üzünə nəzər
saldı,
Onu Öz nemətləri ilə doldurdu.
30 Hər   cür   canlı   varlıq   torpağın   üzərini
bürüdü,
Onlar   axırda   torpağın   qoynuna   da
qayıdırlar.
17
1 Rəbb insanı torpaqdan yaratdı,
Sonra yenə onu torpağın qoynuna qaytarır.
2 O, insanlara beş günlük ömür verdi,
Onlara dünyada olanlar üzərində səlahiyyət
verdi.
3 O,   insanlara   Özündə   olan   qüvvə   kimi
qüvvət bəxş etdi,
Onları Öz surətinə görə yaratdı.
4 Bütün   varlıqların   canına   insanın
qorxusunu saldı,
İnsanı heyvanlara və quşlara hökmran etdi.
5 İnsanlar Rəbdən beş duyğu aldılar,
O, altıncı duyğu kimi onlara dərketmə,
Yeddinci duyğu kimi ağılla ayırd etmə,
Öz   davranışını   izah   etmə   qabiliyyəti
verdi.
p
6 O, insanlara ağılla ayırd etmə, dil, gözlər
və qulaqlar verdi,
Düşünmələri üçün onlara beyin verdi.
7 O, insanları bilik və idrakla doldurdu,
Onlara yaxşı ilə pisi göstərdi.
8 İşlərinin   əzəmətini   onlara   göstərmək
üçün
Ürəklərinə Öz bəsirətini verdi.
9 İnsanlar   Onun   xariqələri   ilə
öyünəcəklər.
q
10 Onun   işlərinin   əzəmətini   bəyan   etmək
üçün
Onun müqəddəs adına şükür edəcəklər.
11 Bundan   başqa,   O,   insanlara   biliyi
təqdim etdi,
Həyat qanununu onlara irs olaraq verdi.
12 Əbədi əhdi onlarla qoydu,
Öz hökmlərini onlara göstərdi.
13 İnsanların   gözləri   Onun   əzəmətli
izzətini gördü,
Qulaqları Onun izzətli səsini eşitdi.
14 Rəbb   insanlara   dedi:   «Bütün
haqsızlıqlardan çəkinin»,
O, hər kəsə qonşusu barədə göstəriş verdi.
Müqəddəs hökm
15 İnsanların   əməlləri   həmişə   Onun
önündədir,
Bunlar Onun gözündən gizlənə bilməz.
16 Onların   əməlləri   cavanlıqlarından   bəri
pisliyə meyil edir,
Öz daş ürəklərini həlim ürəyə çevirməzlər.
r
 
17 Rəbb   bütün   yer   üzünün   millətlərinin
hamısını bir-birindən ayırmışdır.
s
Hər millətə bir rəhbər təyin etmişdir,
Amma İsrail Rəbbin payıdır.
18 O, Rəbbin ilk doğulanı olduğuna görə
Onu   məhəbbət   işığı   və   tərbiyə   etməklə
bəsləyər,
Onu tərk etməz.
t
19 İnsanların   bütün   işləri   Rəbbin   önündə
günəş kimi aşkardır,
Onun   gözləri   daima   insanların   yollarını
izləyər.
20 Onların haqsızlıqları Ondan gizli deyil,
Bütün günahları Rəbbin önündədir.
21 Amma iltifatlı olan və Öz məxluqlarını
tanıyan Rəbb
Onları tərk etmədi,
Əksinə, onları əsirgədi.
u
22 Bir insanın sədəqə verməsi
158


Rəbb   üçün   bir   möhür   üzüyü   qədər
əhəmiyyətlidir,
O, insan mərhəmətini gözünün bəbəyi kimi
sevər.
23 Rəbb   bir   gün   qalxıb   insanlara   əvəz
verəcək,
İnsanlar   layiq   olduqlarının   əvəzini
alacaqlar.
24 Amma   O,   tövbə   edənlərin   geri
dönməsinə imkan verir,
Dözümünü itirənləri ruhlandırır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin