Nalayiq sözlərdən uzaqlıq 18 Səkiyə ilişib yıxılmaq dil ucbatından
yıxılmaqdan yaxşıdır,
Beləcə, pis adamların bir andaca süqutu
gəlir.
19 Kobud adam nadanların ağzında
danışılan
Yersiz hekayəyə bənzəyər.
20 Axmaq adamın söylədiyi məsəl
qəbuledilməzdir,
Çünki onu münasib vaxtda söyləməz.
21 Eləsi var ki, yoxsul olduğu üçün günah
etmək imkanı yoxdur,
İstirahət edərkən vicdan əzabı çəkmir.
22 Eləsi də var ki, rüsvayçılıq onu məhv
edir,
Axmaq adama xoş gəlmək üçün özünü
həlak edir.
23 Eləsi də var, dostuna rüsvayçı vəd verir,
Heç nədən özünə düşmən qazanır.