17 Ağıllı adamın danışması yığıncaqda
arzu edilər,
Dediyi sözlər diqqətlə araşdırılar.
18 Ağılsız adamın müdrikliyi dağılmış evə
bənzəyər,
Düşüncəsiz şəxs üçün bilik mənasız
danışıqdır.
19 Ağılsız adam təlimi ayağına bağlanan
zəncir,
Sağ əlinə vurulan qandal sanar.
20 Axmaq şəxs uca səslə gülər,
Amma ağıllı adam çox sakitcə gülümsəyər.
21 Ağıllı adam təlimi qızıl bir bəzək,
Sağ qoluna taxılan bilərzik sanar.
22 Axmaq adam bir evə dərhal ayaq açar,
Amma təcrübəli şəxs hörmət saxlayar.
23 Səfeh adam qapı arasından evin içinə
baxar,
Tərbiyəli insan bayırda gözləyər.
24 Qapı dalında qulaq asmaq insanın
tərbiyəsizliyini bildirər,
Tərbiyəli adam belə rüsvayçılıqdan utanar.
25 Xəbərçilər başqalarının sözlərini təkrar
edərlər,
Ağıllı adamların sözləri isə ölçülü-biçilidir.
26 Axmaq adamlar düşünmədən danışar,
Müdrik şəxslər isə düşünüb danışarlar.
27 Pis adam şərə lənət edəndə
Elə özünə lənət edir.
28 Dedi-qodu edən adam özünü rüsvay
edər,
Qonşuluqda olanlar ondan ikrah edərlər.
22
Dostları ilə paylaş: