Deuterokanonik kitabları Yoxlama versiyası


Müdriklik və ağılsızlıq barədə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə229/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   225   226   227   228   229   230   231   232   ...   304
Barux

Müdriklik və ağılsızlıq barədə
9 Axmaq adamı öyrədən kəs
Gil   qabın   parçalarını   yapışqanla
bitişdirənə,
Ya   da   dərin   yuxuya   getmişi   oyadana
bənzəyər.
10 Axmaq adama bir şey danışan kəs
Yuxulu ilə danışana bənzəyər.
Qurtardıqdan sonra
O, «Nə barədə danışırdın?» deyə soruşar.
11 Bir ölən adam üçün ağla,
Çünki o, gün işığını itirib.
Bir də axmaq adam üçün ağla,
Çünki o, dərrakəsini itirib.
Amma   ölü   üçün   acı-acı   ağlama,   çünki
dinclik əldə edib.
Axmaq   adamın   həyatı   isə   ölümdən
betərdir.
12 Ölü üçün yas yeddi gün tutulur,
Axmaq və dinsiz adam üçünsə bütün ömrü
boyu.
 
13 Ağılsız adamla çox danışma,
Dərrakəsiz şəxsin yanına getmə.
164


Ondan   özünü   qoru   ki,   başına   bəla
gəlməsin,
O, üstünü çırpanda çirklənməyəsən.
Ondan yan keç ki, dinclik tapasan,
Onun ağılsızlığından üzülməyəsən.
14 Qurğuşundan ağır nə ola bilər?
Onun adı «axmaq» deyilmi?
15 Qum, duz və dəmir parçası daşımaq
Ağılsız adamın yükündən daha asandır.
 
16 Binaya   bənd   edilmiş   dirək   zəlzələdən
dağılmadığı kimi,
Məsləhətlə   düşünüb   əsaslı   qərara   gələn
ağıl da
Çətin vaxt gələndə qorxuya düşməz.
17 Dərrakəli düşüncəyə əsaslanan ağıl
Hamar   divara   suvaq   edilmiş   bəzəyə
bənzəyər.
18 Hündür bir yerdə duran çınqıl daşları
Küləyə davam gətirə bilmədiyi kimi,
Axmaq düşüncələri olan cəsarətsiz ağıl da
Qorxuya davam gətirə bilməz.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin