Dostluq barədə
19 Gözə zərbə vursan, göz yaşı axıdarsan,
Ürəyə zərbə vursan, duyğuları oyadarsan.
20 Quşlara daş atsan, onları ürküdüb
uçurdarsan,
Dostunu təhqir etsən, dostluğu qırarsan.
21 Dostunun üstünə qılınc çəkdinsə,
ümidini itirmə,
Onu özünə yenə də dost edə bilərsən.
22 Dostuna qarşı dilini işə saldınsa, təlaş
etmə,
Barışmaq mümkündür.
Amma təhqir, lovğalıq, sirr faş etmək,
xaincəsinə zərbə –
Bütün bunlar dostu səndən qaçırar.
23 Qonşun yoxsul olanda onun etimadını
qazan,
Çünki bir vaxt o, uğur qazananda
Sən də onun rifahına şərik olarsan.
Onun kədərli günlərində yanında ol,
O, miras əldə edəndə sən də payını alarsan.
24 Alovdan əvvəl ocaqdan buxar və tüstü
qalxdığı kimi,
Təhqirlər də qan töküləcəyindən xəbər
verir.
25 Dostu qorumaqdan utanmaram,
Onun önündən gizlənmərəm.
26 Əgər dostun ucbatından başıma bir
pislik gəlsə,
Bunu eşidən hər kəs ondan özünü gözləyər.
Ayıqlıq barədə
27 Kim mənim dilimə keşikçi qoyar,
Ağzıma kamal möhürü vurar ki,
Mən onların vasitəsilə yıxılmayım,
Dilim məni həlak etməsin?
----------------------------------------------------
b22:7-8 Bəzi əlyazmalar 7 və 8-ci ayələri
əlavə edirlər.
23
1 Ya Rəbb, ey Ata və həyatımın Hökmranı,
Məni dilimin və ağzımın ixtiyarına
buraxma,
Onların üzündən yıxılmağıma imkan
vermə.
2 Kim düşüncələrim üzərində qamçı,
Ağlım üçün müdriklik təlimi qoya bilər ki,
Nöqsanlarıma aman verməsin,
Günahlarımı nəzərdən qaçırmasın.
3 Qoy nöqsanlarım çoxalmasın,
Günahlarım artmasın.
Yoxsa əleyhdarlarımın önündə yıxıla
bilərəm,
Düşmənim üzərimdə şadyanalıq edə bilər.
4 Ya Rəbb, ey Ata və həyatımın Allahı,
Mənə təkəbbürlü baxışlar vermə.
5 Ehtirası məndən uzaqlaşdır,
6 Nəfsimin istəyinə və şəhvətə uymayım,
Canımın biabırçı istəklərinə təslim
olmayım.
165
|