And içmək barədə 7 Övladlarım, danışıq barədə təlimə qulaq
asın,
Ona riayət edənlər səhv üstündə
yaxalanmayacaqlar.
8 Günahkar adam dilindəki sözlərdən
tələyə düşər,
Acıdil və təkəbbürlü kəs bunlardan
büdrəyər.
9 Dilini and içməyə öyrəşdirmə,
Müqəddəs Olanın adını çəkməyə adət
etmə.
10 Nəzarət altında olan qul
Zərbələrdən qurtula bilmədiyi kimi,
And içərək həmişə Allahın adını çəkən kəs
də
Günahdan təmizlənə bilməyəcək.
11 Həmişə and içən adam qanuna zidd
əməllərlə dolar,
Cəza onun evindən əskik olmaz.
Əgər səhv etsə, günah onun üstündə qalar,
Andına əhəmiyyət verməsə, ikiqat günah
etmiş olar.
Yalan and içsə, bəraət almayacaq.
Evi bəlalarla dolacaq.
Kobud danışmaq 12 Ölümlə müqayisə olunan bir danışıq
üsulu var,
Bu, Yaqubun mirası olan İsrail xalqından
qoy uzaq olsun.
Çünki bütün bunlar möminlərdən uzaq
olar,
Onlar günahlarda batıb qalmazlar.
13 Dilini nadanlıqla ədəbsiz sözlərə
öyrəşdirmə,
Çünki belə sözlərdə günah var.
14 Əsilzadələrlə məşvərətə oturduğun
zaman
Ata-ananı yada sal.
Ta ki oturduqlarının önündə özünü unudub
Vərdişlərinlə özünü axmaq kimi
göstərməyəsən,
Doğulmamağını arzu etməyəsən,
Doğulduğun günə lənət etməyəsən.
15 Ədəbsiz sözlər söyləməyə öyrəşən
adam
Bütün ömrü boyu tərbiyə ala bilməz.