Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə235/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   231   232   233   234   235   236   237   238   ...   304
Barux

Hikmət və Qanun barədə
23 Bütün   bunlar   Uca   Olan   Allahın   əhd
kitabıdır,
Musanın buyurduğu Qanundur,
Yaqub icmasının mirasıdır.
24 Rəbdə güclü olmağa davam et,
Səni qüvvətli etməsi üçün Ona qoşul.
Külli-İxtiyar Rəbb yeganə Allahdır,
Ondan başqa xilaskar yoxdur!
d
25 Qanun   Pişon   çayı   qədər   hikmətlə
doldurar,
İlk   bəhər   günlərindəki   Dəclə   çayına
bənzəyər.
26 Qanun Fərat çayı qədər dərrakə ilə aşıb-
daşar,
Biçin zamanındakı İordan çayına bənzəyər.
27 Qanun işıq kimi təlimin nurunu yayar,
Məhsul yığımı zamanındakı Gixon çayına
bənzəyər.
28 İlk insan hikməti tam anlaya bilmədi,
Sondakı   insanlar   da   onu   tam   öyrənə
bilməz.
29 Çünki onun düşüncələri dənizdən daha
doludur,
Onun   niyyətləri   dibsiz   dərinlikdən   daha
dərindir.
30 Mənsə çaydan axan bir arx kimi,
Bağçaya axan bir nov kimiyəm.
31 Mən dedim: «Bağımı sulayaram,
Ləklərimə su verərəm».
Budur, arxım çaya döndü,
Çayım dənizə çevrildi.
32 Mən   indi   təlimi   səhər   şəfəqi   kimi
edəcəyəm,
Onu uzaqlara qədər yayacağam.
33 İndi   təhsili   peyğəmbərlik   kimi   nazil
edəcəyəm,
Gələcək nəsillərin ixtiyarına buraxacağam.
34 Bax mən yalnız özüm üçün deyil,
Həm   də   hikmət   axtaran   hər   kəs   üçün
zəhmət çiəkdm.
----------------------------------------------------
c24:18   Bəzi   əlyazmalar   bu   ayəni   əlavə
edirlər.
d24:24   Bəzi   əlyazmalar   bu   ayəni   əlavə
edirlər.
25
Üç yaxşı şey
1 Üç yaxşı şey məni cəlb etdi,
Bunlar   Rəbbin   və   insanların   önündə
xoşdur:
Qardaşların   həmrəyliyi,   qonşuların
dostluğu,
Bir-biri ilə həmahəng yaşayan ər-arvad.
2 Mən üç cür adamdan ikrah edirəm,
Onların həyat tərzinə hiddətlənirəm:
Təkəbbürlü yoxsul, yalançı varlı,
Ağıldan məhrum zina edən yaşlı kişi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin