Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə242/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   238   239   240   241   242   243   244   245   ...   304
Barux

Cilovlanmayan dil barədə
13 Böhtançı adama və sözünü dəyişən kəsə
lənət olsun!
Çünki onlar əmin-amanlıqda olan
Çoxlu adamı pis günə qoyublar.
172


14 Aravuran adamın dili
Çoxlarını sarsıtmış, millətlərdən millətlərə
didərgin salmış,
Möhkəmləndirilmiş şəhərləri yıxmış,
Əyanların evini alt-üst etmişdir.
15 Aravuranın dili fəzilətli qadınları evdən
uzaqlaşdırmış,
Onları zəhmətlərinin bəhrəsindən məhrum
etmişdir.
16 Aravurana qulaq asan kəs əsla rahatlıq
tapmaz,
Sakitlikdə yaşaya bilməz.
17 Qamçı zərbəsindən yara açılar,
Amma dil zərbəsi sümükləri qırar.
18 Qılıncın ağzı ilə həlak olanlar çoxdur,
Amma   dildən   həlak   olanların   sayı   daha
çoxdur.
19 Dildən qorunan, onun qızğınlığını hiss
etməyən,
Boyunduruğunu daşımayan
Və   buxovu   ilə   bağlanmayan   insan   nə
bəxtiyardır.
20 Çünki dilin boyunduruğu dəmirdəndir,
Buxovları tuncdan düzəlib.
21 Böhtançının ölümü sərt bir ölümdür,
Ölülər diyarı bundan yaxşıdır.
22 Böhtançı   əsla   möminləri   üstələyə
bilməz,
Möminlər onun yandığı odda yanmaz.
23 Rəbbi   tərk   edənlər   o   odun   içinə
düşəcəklər,
Alov   onları   yandıracaq   və   heç   vaxt
söndürülməyəcək.
Bir aslan kimi onların dalınca buraxılacaq,
Bir bəbir kimi onları parçalayacaq.
24 Sən  ki  öz  mülkünün  ətrafına  tikandan
çəpər çəkirsən,
Öz qızıl-gümüşünü kiliddə saxlayırsan.
25 Eləcə də sözlərin taraz və ölçülü olsun,
Ağzına qapı və sürgü qoy.
26 Diqqət et ki, sözlərində sürüşməyəsən,
Səni   pusquda   gözləyənin   qarşısında
yıxılmayasan.
29

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin