Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə244/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   240   241   242   243   244   245   246   247   ...   304
Barux

Sədəqə vermək barədə
8 Eyni zamanda, kasıblarla səbirli ol,
Sədəqə üçün onları gözləməyə vadar etmə.
9 Əmrə riayət etmək üçün kasıba yardım
et,
Ehtiyacda olarkən onu əliboş yola salma.
173


10 Gümüşünüzü öz qardaşınız və dostunuz
üçün sərf edin,
Onun daş altında çürüyüb xarab olmasına
imkan verməyin.
11 Sərvətini  Uca  Olanın  əmrlərinə  uyğun
paylaşdır,
Bu, sənə qızıldan daha səmərəli olar.
12 Öz xəzinənə mərhəmət yığıb saxla,
O, səni hər bəladan qurtaracaq.
13 Sədəqə   möhkəm   qalxandan   və   ağır
mizraqdan üstündür,
Sənin uğrunda düşməninlə döyüşəcək.
Zaminlik barədə
14 Yaxşı adam qonşusuna zamin olar,
Abrını itirmiş şəxs isə onu tərk edər.
15 Sənə zamin olan adamın xeyirxahlığını
unutma,
Çünki o, sənin naminə canını verdi.
16 Günahkar   şəxs   zamin   olan   adamın
varidatını dağıdar,
Nankor insan onu qurtaran kəsi atıb gedər.
17 Zaminlik   bir   çox   varlı   adamı   iflasa
uğratmış,
Dənizin dalğası kimi onları çalxalamışdır.
18 Qüdrətli   adamları   evindən   didərgin
salmış,
Onları   yadelli   millətlərin   arasına
azdırmışdır.
19 Öz üzərinə zaminlik götürən,
Bu işdə öz xeyrini güdən günahkar adam
Məhkəmələrə düşəcək.
20 Qonşuna bacardığın qədər yardım et,
Amma   diqqət   et   ki,   özün   də   belə   pis
vəziyyətə düşməyəsən.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin