Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə246/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   242   243   244   245   246   247   248   249   ...   304
Barux

Övlad yetişdirmək barədə
1 Kim   ki   oğlunu   sevir,   onu   tez-tez
cəzalandırır,
Ta ki nəticədə onunla fərəhlənə bilsin.
2 Oğluna   tərbiyə   verən   adam   bunun
faydasını görəcək,
Tanışları arasında oğlu ilə öyünəcək.
3 Oğluna   nəsihət   verən   adam   düşməni
qısqandırar,
Dostları arasında onunla fəxr edər.
4 Əgər   bu   oğlun   atası   ölsə,   ölmüş
sayılmaz,
Çünki öz bənzərini özündən sonra qoyub
getmişdir.
5 Ata ömrü boyu ona baxıb fərəhlənmişdir,
Ölüm ayağında da qüssələnməmişdir.
6 Çünki   özündən   sonra   düşmənlərindən
qisas alan,
Dostlarına xeyirxahlıqla əvəz verən
Bir kəsi qoyub getmişdir.
174


 
7 Oğlunu   əzizləyən   adam   isə   onun
yaralarını sarıyacaq,
Hər qışqırıqda ürəyi həyəcana düşəcək.
8 Əhliləşdirilməmiş at tərs olar,
Özbaşına   buraxılan   oğul   da   öz   bildiyini
edər.
9 Uşağını ərköyün etsən, səni qorxudacaq,
Onunla   yalnız   oynasan,   sənə   qüssə
gətirəcək.
10 Onunla   birgə   gülmə   ki,   onunla   birgə
sızıldamayasan,
Çünki sonda dişlərini qıcırdacaqsan.
11 Cavanlığında ona ixtiyar vermə,
Onun cahil işlərinə etinasız baxma.
g
12 Oğlun cavan ikən onun boynunu əy,
Qabırğalarına döyəclə.
Ta ki inadkar olub, itaətindən çıxmasın,
Yoxsa sənə ürək ağrısı gətirər.
13 Oğluna   tərbiyə   ver,   onun   üzərində
zəhmət çək,
Yoxsa onun ləyaqətsiz hərəkətlərini görüb
xəcalət çəkərsən.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin