24 Qanuna imanı olan adam əmrlərə diqqət
edər,
Rəbbə arxalanan şəxs zərərə uğramaz.
33
1 Rəbdən qorxan adam bəla ilə
üzləşməyəcək,
Sınağa düşdüyü halda da Rəbb ona
qurtuluş verəcək.
2 Müdrik adam Qanundan ikrah etməz,
Qanuna qarşı riyakarlıq edənsə
Fırtınaya düşən qayığa bənzər.
3 Dərrakəli adam Qanuna güvənir,
Qanun onun üçün
Peyğəmbərlik sözü qədər etibarlıdır.
4 Söz danışmaq üçün hazırlaş, onda sənə
qulaq asarlar,
Biliyini qaydaya sal, sonra cavab ver.
5 Ağılsız adamın fikirləri arabanın təkəri
kimidir,
Onun mühakimələri təkərin fırlanan oxuna
bənzəyər.
6 Kinayə edən dost yəhərlənərkən qızışan
ata bənzəyər ki,
Ona minən hər kəsin üstünə kişnəyər.
Dostları ilə paylaş: