Bərabərsizlik barədə 7 İl ərzində hər günün işığı öz mənbəyini
günəşdən alır.
Bəs onda niyə bəzi günlər digərindən
xoşdur?
8 Rəbbin məsləhətinə görə bunlar bir-
birindən ayrılmışlar,
Mövsümləri və bayramları O müəyyən
edir.
9 O, bəzi günləri mühüm və müqəddəs,
Digərlərini isə adi günlər müəyyən
etmişdir.
10 Bütün insanlar torpağın tozundan,
Adəm də torpaqdan yaradılmışdır.
11 Öz biliyinin kamilliyində Rəbb
İnsanlar arasında fərqlər qoymuşdur,
Onlar üçün müxtəlif həyat yolu təyin
etmişdir.
12 Bəzi insanlara xeyir-dua verib
yüksəltmiş,
Bəzilərini təqdis edib Özünə
yaxınlaşdırmışdır.
Başqalarını isə lənətləyib alçaltmış,
Öz mövqelərindən salmışdır.
13 Dulusçu əlindəki gil parçasına
Özünün istədiyi quruluşu verə bildiyi kimi,
İnsanlar da onları Yaradanın əlində
elədirlər.
O da istədiyi kimi onlara əvəz verir.
14 Şərin əksi xeyir, ölümün əksi həyatdır,
Eləcə də mömin adamın əksi günahkardır.
15 Beləliklə, Uca Olanın işlərinə nəzər
salmaq gərəkdir,
Hər şey ikilidir, hər şeyin əksi var.
16 Mən üzümyığanların ardınca gedib
Yerdə qalan üzümü yığan adam kimi
Yatmadan çalışdım.
17 Rəbbin xeyir-duası ilə öndə gəldim,
Üzümyığan kimi üzümsıxanı doldurdum.
18 Bilin ki, mən yalnız özüm üçün deyil,
Bilik axtaranların hamısı üçün zəhmət
çəkdim.