Sənin öz övladlarının əlinə baxmağından
yaxşıdır.
23 Bütün işlərində ən üstün ol,
Öz adına ləkə gətirmə.
24 Həyatının sonunda ömrünü başa
vurarkən,
Ölüm ayağında mirasını bölüşdür.
Nökərlər barədə
25 Yem, çubuq və yük eşşək üçün,
Çörək, tərbiyə və iş nökər üçündür.
26 Onu işlə məşğul et, rahatlıq taparsan,
Onu bekar qoysan, özünə azadlıq axtarar.
27 Boyunduruq və qayış öküzün boynunu
əyər,
Pis nökərin də itaət etməsi üçün bədən
cəzası var.
28 Onu işlə məşğul et ki, bekar dura
bilməsin,
Çünki bekarçılıq çoxlu pis şey öyrədir.
29 Onu qabiliyyəti olduğu işin arxasına
oturt,
Əgər itaət etməsə, ona ağır buxov vur.
30 Amma həddən artıq bir şey etmə,
Hər şeyi ədalətlə et.
31 Əgər sənin bir nökərin varsa, ona özün
kimi bax,
Çünki onu qan-tərlə əldə etmisən.
32 Əgər sənin bir nökərin varsa, onunla
qardaşın kimi davran,
Çünki öz canına ehtiyacın olduğu kimi ona
ehtiyacın olacaq.
33 Əgər onunla pis davransan, qoyub
qaçar,
Sonra onu harada axtaracaqsan?
34
Yuxular barədə
1 Boş və aldadıcı ümidlər dərrakəsiz
şəxsdə olar,
Yuxular axmaq adamları qayğılandırar.
2 Yuxulara inanan kəs
Kölgəni tutmaq və külək dalınca qaçmaq
istəyən
Adama bənzər.
3 Yuxuda görülən şey
Güzgüdə görünən üzün əksi kimi real
deyil.
4 Natəmiz şeydən nə təmiz şey çıxar?
Yalan şeydən nə doğru şey olar?
5 Öncəgörmələr, fallar və yuxular puçdur,
Bunlar doğuş əziyyəti çəkən
Qadının ürəyinin xəyallarına bənzəyər.
6 Əgər yuxular Uca Olan tərəfindən
Xüsusi olaraq göndərilməyibsə,
Onlara əhəmiyyət vermə!
7 Çünki yuxular çoxlarını yoldan
azdırmışdır,
Yuxulara ümid bağlayanlar süquta
uğramışlar.
8 Belə yalan şeylərsiz Qanuna riayət
edilməlidir,
Hikmət Allaha sadiq kəslərin dilində kamil
olur.
Səyahət barədə
9 Çox gəzən adam çox bilər,
Onun böyük təcrübəsi olduğu üçün
Sağlam mühakimə ilə danışar.
10 Heç bir sınaqla qarşılaşmamış adam az
bilər,
Amma çox gəzən şəxs dərrakəsini artırar.
11 Səyahətim zamanı çox şey gördüm,
Anladığım şeylər söyləyə biləcəklərimdən
artıqdır.
12 Dəfələrlə ölüm təhlükəsi ilə
qarşılaşdım,
Amma təcrübəmə görə nicat tapdım.
Dostları ilə paylaş: