Deuterokanonik kitabları Yoxlama versiyası


Qanun və təqdimlər barədə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə256/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   252   253   254   255   256   257   258   259   ...   304
Barux

Qanun və təqdimlər barədə
1 Qanuna   əməl   edən   adam   çoxlu   təqdim
gətirmiş kimidir,
Əmrlərə riayət edən kəs ünsiyyət qurbanı
gətirmiş kimidir.
2 Mərhəmət göstərən adam çörək təqdimi
gətirmiş kimidir,
Sədəqə  verən  kəs həmd  qurbanı   gətirmiş
kimidir.
3 Şərdən   uzaqlaşmaq   Rəbbi   razı   salmaq
deməkdir,
Haqsızlıqdan çəkinmək
Günahların əvəzini ödəməyə bərabərdir.
4 Rəbbin önünə əliboş çıxma,
Çünki   əmrə   görə,   bütün   bunları   etmək
gərəkdir.
5 Saleh   adamın   gətirdiyi   təqdim
qurbangahı zənginləşdirər
h
,
Onun ətirli buxuru Uca Olanın önündədir.
6 Saleh adamın gətirdiyi qurban qəbul olar,
Allah bunu yaddan çıxarmayacaq.
7 Səxavətlə Rəbbi izzətləndir,
Seçmə təqdimlərini əskik etmə.
8 Hər dəfə bəxşiş verərkən gülərüz ol,
Ondabiri həsr edərkən sevinc duy.
9 Uca Olanın sənə verdiyi kimi Ona ver,
Əlinin qazancına görə səxavət göstər.
10 Çünki Rəbb əvəz verəndir,
Sənə də yeddi qat əvəzini verəcək.
Rəbbin ədaləti
11 Təqdimi Ona rüşvət kimi vermə,
Çünki qəbul etməyəcək.
Haqsız qazanca ümid etmə.
12 Çünki Rəbb hakimdir,
O, tərəfgirlik etmir.
180


13 O,   yoxsulun   müqabilində   mötəbərə
üstünlük verməz,
Məzlumun duasını eşidər.
14 Yetimin yalvarışını,
Ürəyini   boşaldan   dul   qadını   nəzərdən
qaçırmaz.
15 Dul   qadının   göz   yaşları   yanaqlarını
isladanda
O,   buna   səbəb   olan   adama   qarşı   fəryad
etmirmi?
 
16 Xoş iradə ilə Allaha xidmət edən insan
Allaha məqbul olacaq,
Onun diləyi buludlara qədər çatacaq.
17 Həlim adamın duası buludları dələr,
Dua gedib çatana qədər o, sakit olmaz,
18 Uca   Olan   nəzər   salıb   ədalətli   hökm
çıxararaq
Haqqı   icra   edənə   qədər   duasını
dayandırmaz.
19 Rəbb gecikməyəcək,
Rəhmsizlərə dözməyəcək,
20 Onların bellərini qıracaq,
Başqa millətlərdən intiqam alacaq,
21 Zalımlar kütləsini məhv edəcək,
Haqsızların hakimiyyət əsasını sındıracaq,
22 İnsana əməllərinə görə əvəz verəcək,
Adamların   işlərinə   niyyətlərinə   görə
qarşılıq verəcək,
23 Öz xalqı üzərində hökmü icra edəcək,
Mərhəməti ilə onları sevindirəcək.
24 Quraqlıq zamanı yağış gətirən buludlar
kimi,
Əziyyət   zamanı   mərhəmət   də   vaxtına
düşər.
----------------------------------------------------
h35:5 Yunan mətnində hərfi: «yağlayar».
36

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin