Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə257/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   253   254   255   256   257   258   259   260   ...   304
Barux

Rəbbin xalqı üçün dua
1 Bizə  mərhəmət  et, ey Külli-İxtiyar, hər
varlığın Allahı, nəzər et,
Öz qorxunu bütün başqa millətlərin canına
sal.
2 Yadelli millətlərə qarşı əlini qaldır,
Qoy onlar Sənin qüdrətini görsünlər.
3 Onlar bizim aramızda
Necə Sənin müqəddəsliyini gördülərsə,
Eləcə də bizə onların arasında
Öz əzəmətini göstər.
4 Bizim   tanıdığımız   kimi,   onlar   da   Səni
tanısınlar
Və   bilsinlər   ki,   Səndən   başqa   Allah
yoxdur, ya Rəbb.
5 Əlamətləri   bərpa   et,   yenə   möcüzələr
göstər,
Əlin və sağ qolun üçün izzət qazan.
6 Hiddətini artır, qəzəbini tök,
Əleyhdarı yox et, düşməni əz.
7 Cəza vaxtını sürətləndir, vədi yada sal,
Qoy onlar Sənin əzəmətindən danışsınlar.
8 Qızğın alov qurtulmaq istəyəni yandırıb-
yaxsın,
Sənin xalqına zülm edənlər məhvə düçar
olsunlar.
9 «Bizdən başqası yoxdur!» deyən
Düşmən başçılarının başını əz.
10 Yaqubun bütün qəbilələrini topla,
Əvvəllər olduğu kimi onlara yenidən miras
payla.
11 Ya Rəbb, Sənin adınla çağırılan xalqa,
İlk   doğulanın   saydığın   İsrailə   mərhəmət
göstər.
12 Sənin müqəddəs şəhərin Yerusəlimə,
Sakin olduğun yerə rəhm et.
13 Sionu Öz əzəmətli işlərinin tərifi ilə,
Məbədini
i
 Öz izzətinlə doldur.
14 Başlanğıcda yaratdığın insan nəsli üçün
şəhadət et,
Adından   söylənilən   peyğəmbərlikləri
yerinə yetir.
15 Səni gözləyənlərə əvəz ver,
Qoy Sənin peyğəmbərlərinə inansınlar.
16 Ya Rəbb, Sənin xalqın barədə Harunun
xeyir-duasına görə,
181


Sənin   müdafiəni   axtaranların   yalvarışını
eşit.
17 Onda   yer   üzündəki   bütün   insanlar
biləcəklər ki,
Sən Rəbsən, əbədi olan Allahsan.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin