Deuterokanonik kitabları Yoxlama versiyası


Yudit Holofernesin ziyafətində



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə26/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   22   23   24   25   26   27   28   29   ...   304
Barux

Yudit Holofernesin ziyafətində
10 Dördüncü   gün   Holofernes   bir   ziyafət
verdi.   Bu   ziyafətə   yalnız   şəxsi
xidmətçilərini   dəvət   etdi,   zabitləri   dəvət
etmədi. 11 Holofernes baş xidmətçisi olan
hərəmağası Baqoasa dedi: «Xidmət etdiyin
İbrani qadının yanına get və onu razı sal ki,
gəlib bizimlə birlikdə yeyib-içsin. 12 Belə
bir qadınla yaxından tanış olmasaq, bizə ar
olar, onu yanımıza çağırmasaq, hamı bizə
gülər».
13 Baqoas   Holofernesin   önündən   çıxıb
Yuditin   yanına   gedərək   ona   dedi:   «Ey
gözəl   qadın,   gəl   sən   ağamın   önündə
durmaq   şərəfindən   imtina   etmə.   Sən
bizimlə ziyafət şərabı içərsən və həmin gün
səni   Navuxodonosorun   sarayında   xidmət
edən bir Aşşurlu əyanın qızı sayarlar».
14 Yudit ona dedi: «Mən kiməm ki, ağama
etiraz edim? Ağama nə xoş gəlsə, o saat
onun istəyini yerinə yetirməyə tələsəcəyəm
və   ölənə   qədər   bunu   özümə   xoşbəxtlik
sayacağam».
15 Sonra Yudit qalxıb əyninə gözəl paltar
geydi və hər cür bəzəklərini taxdı. Yuditin
qadın   xidmətçisi   onun   önündə   gedərək
əlindəki   yun   xalçanı   Holofernesin
qarşısında   yerə   sərdi.   Baqoas   bu   xalçanı
hər gün yemək yeyərkən üstündə oturmaq
üçün Yuditə vermişdi. 16 Yudit içəri girib
oturdu.   Onu   görüncə   Holofernesin   ürəyi
çırpındı,   qəlbi   təlatümə   gəldi.   Yuditlə
qovuşmaq ehtirası bütün varlığını bürüdü.
Onu   gördüyü   ilk   gündən   onu   yoldan
çıxartmaq   üçün   fürsət   axtarırdı.
17 Holofernes ona dedi: «İndi iç, bizimlə
şənlən!» 18 Yudit dedi: «İçəcəyəm, ağam,
çünki doğulduğum gündən bəri həyatımda
bugünkü   mərtəbəyə   ucalmamışam».
19 Yudit   xidmətçisinin   hazırladığı
yeməkləri götürüb, Holofernesin qarşısında
yeyib-içdi.   20 Holofernes   Yuditin   onun
yanında olmasına çox şad idi və o qədər
şərab içdi ki, ömrü boyu heç vaxt bu qədər
içməmişdi.
13
1 Vaxt   gec   olanda   Holofernesin
xidmətçiləri   tələsik   getdilər.   Baqoas
ağasının   önündə   duran   xidmətçiləri   yola
salandan   sonra   çadırı   bayır   tərəfdən
bağladı.   Xidmətçilər   yatmağa   getdilər,
çünki içki məclisi uzun çəkdiyindən haldan
düşmüşdülər.   2 Çadırda   bir  Yudit,   bir   də
çoxlu   şərab   içdiyindən   özündən   gedərək
yatağına uzanmış Holofernes qaldı. 3 Yudit
xidmətçisinə   yataq   otağının   bayırında
dayanıb   hər   səhər   olduğu   kimi   onu
gözləməsini   tapşırdı.   Belə   ki   Yudit   dua
etmək   üçün   çıxacağını   söyləmişdi.   Bunu
Baqoasa   da   bildirmişdi.   4 Hamı
Holofernesin   önündən   çıxıb   getmişdi,
yataq   otağında   nə   böyük,   nə   də   kiçik
vəzifəli   adam   qalmışdı.   Yudit   onun
yatağının yanında durub öz-özünə dedi:
«Ey bütün qüvvələrə hökmran olan Rəbb
Allah,
Mənim edəcəyim işə bu anda nəzər sal,
Mən bunu Yerusəlimin şərəfi üçün edirəm.
5 Çünki   indi   Sənin   irsini   müdafiə   etmək
zamanıdır,
Üzərimizə   hücum   edən   düşmənə   zərbə
vurmaq üçün
Mənim   niyyətimin   yerinə   yetəcəyi
vaxtdır».
6 Yudit   Holofernesin   başı   üstündə   olan
yatağın dirəyinə yaxınlaşıb onun qılıncını
götürdü.   7 Yatağın   lap   yanına   gəlib
Holofernesin   saçlarından   tutub   dedi:   «Ey
İsrailin   Allahı   Rəbb,   bu   gün   mənə   güc
ver!» 8 Var gücü ilə qılıncla iki dəfə onun
boynundan   vurdu   və   başını   bədənindən
ayırdı.   9 Holofernesin   cəsədini   yataqdan
31


yerə   salıb   taxt-rəvanın   pərdələrini
dirəklərindən   çıxartdı.   Bir   az   keçəndən
sonra   bayıra   çıxıb   Holofernesin   başını
xidmətçisinə   verdi.   10 Xidmətçi   də   başı
yemək xurcununa qoydu. İkisi birlikdə hər
dəfə   dua   zamanı   etdikləri   kimi,   bayıra
çıxdılar   və   ordugahı   tərk   etdilər.  Vadinin
ətrafına   dolanaraq   Betulyanın   yerləşdiyi
dağa çıxıb şəhər darvazalarına çatdılar.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin