Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə265/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   261   262   263   264   265   266   267   268   ...   304
Barux

Müdrik adamlar barədə
1 Yalnız   öz   qəlbini   Uca   Olanın   qanunu
üzərində
Düşünməyə həsr edən adam
Bütün qədimdə olanların hikmətini axtarar,
Peyğəmbərliklərin tədqiqi ilə məşğul olar.
2 Məşhur adamların söylədiklərini qoruyub
saxlayar,
Məsəllərin incəliklərinə nüfuz edər.
3 Məcazların gizli mənalarını tədqiq edər,
Məsəllərin müəmmaları üzərində çalışar.
4 Əsilzadələr arasında xidmət edər,
Başçıların önündə görünər.
Yadellilərin ölkələrinə səyahət edər,
Beləcə,   insanlardakı   yaxşını   və   pisi
imtahan edər.
5 Öz ürəyini səhər erkəndən
Onu yaradan Rəbbə yönəldər,
Uca Olanın önündə yalvarar,
Dua etmək üçün ağzını açar,
Öz günahlarından ötrü yalvarar.
 
6 Əgər əzəmətli Rəbb istəsə,
Bu adam dərrakə ruhu ilə dolacaq,
Dilindən müdrik sözlər töküləcək,
Duada Rəbbə şükür edəcək.
7 O, məsləhət verməkdə və bilikdə dürüst
olacaq,
Rəbbin   sirləri   üzərində   dərindən
düşünəcək.
8 Öyrəndiyi təlimi nümayiş etdirəcək,
Rəbbin əhdinin Qanunu ilə öyünəcək.
9 Çoxları onun dərrakəsini mədh edəcək,
Bu, əsla unudulmayacaq,
Onun xatirəsi silinməyəcək,
Adı nəsildən-nəslə yaşayacaq.
10 Millətlər   onun   müdrikliyindən
danışacaq,
Camaat onun tərifini bəyan edəcək.
11 Yaşadıqca   adı   minlərlə   addan   daha
məşhur olacaq,
Öləndən sonra da adı yaşayacaq.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin