Axar su kənarında yetişən qızılgül kimi
açın.
14 Buxur kimi xoş ətir saçın,
Zanbaq kimi çiçək açın, rayihəniz yayılsın.
Şükür nəğməsi oxuyub
Rəbbə bütün işlərinə görə alqış edin.
15 Onun əzəmətli adını bildirin,
Dilinizdəki nəğmə və lira ilə
Onun tərifini bəyan edin,
Onu mədh edərək belə deyin:
16 «Rəbbin bütün işləri ecazkardır!
Onun bütün fərmanları öz vaxtında yerinə
yetər».
«Bu, nədir? Bu, nə üçündür?» suallarını
vermək olmur,
Çünki hər şey öz vaxtında baş verir.
17 Onun sözü ilə sular bir yerə yığılıb
dayandı,
Ağzından çıxan bir sözlə onlar üçün
hövzələr yarandı.
18 Onun buyruğu ilə hər şey baş verir,
Onun xilas gücünü heç kəs zəiflədə
bilməz.
19 Bütün varlıqların əməlləri Onun
önündədir,
Heç nə Onun gözündən gizlənə bilməz.
20 O, əzəldən əbədiyyətə qədər hər şeyi
görür,
Heç bir şey Onu heyrətə sala bilməz.
21 «Bu, nədir? Bu, nə üçündür?» demək
olmur,
Çünki hər şey öz vəzifəsinə uyğun
yaradılmışdır.
22 Rəbbin bərəkəti bir çay kimi qurunu
örtər,
Güclü axın kimi onu suvarar.
23 Suları duzlu dənizə çevirdiyi vaxtdakı
kimi
Bütpərəstlər Onun qəzəbinə düçar olurlar.
24 Onun yolları mömin adamlar üçün
hamardır,
Amma Qanuna riayət etməyənlər üçün
maneədir.
25 Başlanğıcdan bəri yaxşı şeylər
Yaxşı adamlar üçün yaradılmışdır,
Eynilə pis şeylər də günahkarlar üçündür.
26 Yaşamaq üçün insanların ən zəruri
ehtiyacları
Su, od, dəmir, duz,
Buğda unu, süd, bal,
Üzüm şirəsi, zeytun yağı və paltardır.
27 Bütün bunlar yaxşı adamların xeyri
üçündür,
Amma günahkarların ziyanına çevrilir.
28 Elə küləklər olur ki, insanları
cəzalandırmaq üçün yaranıb,
Hücum çəkdikləri vaxt güclərini
göstərirlər,
Beləcə, onları Yaradanın qəzəbini icra
edirlər.
29 Od, dolu, aclıq və ölüm –
Bütün bunlar cəzalandırmaq üçün
yaradılmışdır.
30 Vəhşi heyvanların dişləri, əqrəblər,
gürzələr
Və dinsizləri məhv edən qisas qılıncı
31 Rəbbin buyruqlarını şövqlə yerinə
yetirirlər.
Lazım olanda yer üzündə hazır olurlar,
Vaxtı gələndə Onun sözünə əməl edirlər.
32 Beləcə, mən əvvəldən qərara gəldim,
Düşünüb daşındım və yazmağa başladım:
33 «Rəbbin bütün işləri yaxşıdır,
O, bütün ehtiyacları vaxtında ödəyir».
34 «Bu, ondan betərdir» demək olmaz,
Çünki hər şey vaxtı gələndə dəyərini
göstərir.
35 Beləcə, bütün qəlbin və səsinlə şükür
nəğməsi oxu,
Rəbbin isminə alqış et!
40
Dostları ilə paylaş: