Pisliyin nəticələri 12 Hər rüşvət və haqsızlıq məhv olacaq,
Amma düzgünlük əbədi qalacaq.
13 Haqsızlıq edən adamların sərvəti çay
kimi quruyacaq,
Leysan zamanı güclü şimşək kimi çaxıb
yox olacaq.
14 Səxavət əlini açan sevinəcək,
Qanunu pozan isə tamamilə məhv olacaq.
15 Dinsizlərin nəsli az qol-budaq verəcək,
Onlar sıldırım qayalardakı xəstə bitki
köklərinə bənzəyərlər.
16 Hər gölün və çayın kənarında qamışlar
olur,
Hər bitkidən öncə bunlar çəkilib çıxarılır.
17 Xeyirxahlıq bərəkətlərlə dolu cənnət
bağçası kimidir,
Sədəqə verməyin nəticəsi əbədi olaraq
qalır.