Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə270/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   266   267   268   269   270   271   272   273   ...   304
Barux

Dilənçilik barədə
28 Övladım, dilənçiliklə ömür sürmə,
Sədəqə istəməkdənsə ölmək yaxşıdır.
29 Başqasının süfrəsinə göz dikən adamın
Həyat tərzi heç həyat sayılmaz.
O,   başqasına   məxsus   yeməklə   özünü
əskildir,
Dərrakəli   və   tərbiyəli   adam   isə   bundan
çəkinər.
30 Utanmaz   adamın   dili   dilənərkən   şirin
olur,
Amma onun içində xəcalət alışıb-yanır.
41
Ölüm barədə
1 Ey ölüm, əmlak sahibi olub, sülh içində
yaşayan adama,
Qayğı   çəkməyən   və   hər   şeydə   uğur
qazanan,
Yemək yeməyə hələ qüvvəsi olan şəxsə
Səni xatırlamaq nə qədər acıdır!
2 Ey ölüm, möhtac və qüvvəsi zəif olan,
Çox qocalmış, hər şeyə görə qayğı çəkən,
Məyus olan və dözümünü itirmiş adama
Sənin hökmün nə qədər xoşdur!
3 Ölüm hökmündən qorxuya düşmə,
Əcdadlarını və nəsillərini xatırla.
4 Bütün   varlıqlar   üçün   Rəbb   tərəfindən
olan hökm budur.
Onda nə üçün Uca Olana məqbul olan şeyə
qarşı çıxasan?
Ömrün istər on, istər yüz, istərsə də min il
olsun,
Ölülər   diyarında   bunun   əhəmiyyəti
olmayacaq.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin