Elə hallar olur ki, utancaqlıq göstərmək
yaxşı deyil.
Hər şey hər kəs tərəfindən düzgün
qiymətləndirilmir.
17 Atanla ananın önündə cinsi
əxlaqsızlıqdan,
Başçının, ya da hökmranın yanında yalan
söyləməkdən utan.
18 Hakimin və münsifin yanında
cinayətdən,
Camaatın və xalqın yanında
Qanunun ziddinə hərəkət etməkdən utan.
19 Yoldaşının və dostunun önündə
haqsızlıqdan,
Qaldığın yerdə oğurluq etməkdən utan.
20 Allahın həqiqətinin və Əhdinin önündə
utan.
Yemək zamanı dirsəyini masaya
dayamaqdan,
21 Borc alanda və verəndə lənət etməkdən,
Səni salamlayanlara cavab verməməkdən
utan.
22 Yüngül əxlaqlı qadına nəzər salmaqdan,
Qohuma arxanı çevirməkdən utan.
23 Payı və hədiyyəni geri almaqdan,
Ərli qadına gözünü dikməkdən utan.
24 Öz qarabaşına sataşmaqdan,
Onun yatağına yaxınlaşmaqdan utan.
25 Dostların
önündə
məzəmmət
sözlərindən,
Bəxşiş verəndən sonra qınamaqdan utan.
26 Şayiələri təkrar etməkdən,
Gizlində söylənənləri faş etməkdən utan.
27 Bunların hamısına əməl etsən,
Əsl utancaqlığı nümayiş etdirəcəksən,
Hər bir insanın önündə rəğbət
qazanacaqsan.
42
Dostları ilə paylaş: