Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə280/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   276   277   278   279   280   281   282   283   ...   304
Barux

Hakimlər
11 Hakimlər də hər biri öz adı ilə tanınırdı,
Ürəkləri xəyanətə uymamışdı,
Rəbdən üz döndərməmişdilər.
Qoy onların xatirəsinə xeyir-dua olsun!
12 Qoy nəsilləri bəhər versin,
Adları övladlarına ötürülsün.
Şamuel
13 Şamuel öz Rəbbinin sevimlisi,
Rəbbin peyğəmbəri idi.
O,   padşahlığı   təsis   etdi,   öz   xalqı   üçün
başçıları məsh etdi.
14 Rəbbin   Qanununa   uyğun   camaata
hakimlik etdi.
Rəbb də Yaqubun nəslinə nəzər saldı.
15 O,   imanı   sayəsində   peyğəmbərliyini
isbat etdi,
Görüntünün   həqiqiliyi   sözləri   vasitəsilə
bəlli oldu.
16 Düşmənləri hər tərəfdən sıxışdırarkən
Külli-İxtiyar Rəbbi çağırdı,
Ona bir südəmər quzu təqdim etdi.
17 Rəbb göylərdən guruldadı,
Uca səda ilə Öz səsini eşitdirdi.
18 Surluların rəhbərlərini,
Filiştlilərin bütün başçılarını silib atdı.
19 Əbədi yuxuya getməzdən əvvəl
Rəbbin   və   Onun   məsh   etdiyi   padşahın
önündə şəhadət etdi:
«Heç   kəsdən   mal,   bir   çarıq   belə,   qəbul
etmədim».
Bir adam da ona iddia irəli sürmədi.
20 Rəhmətə   gedəndən   sonra   da
peyğəmbərlik etdi,
Padşaha ölümünü bildirdi.
Peyğəmbərlik vasitəsilə yer üzündə səsini
qaldırdı,
İstədi ki, xalqın günahları silinib atılsın.
47

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin