9 Ayağındakı səndəl başçının nəzərini
ovsunladı,
Onun qəlbi qadının gözəlliyinin əsiri oldu,
Beləcə, başçının boynu qılıncla vuruldu!
10 Bu qadının hünəri Farsları lərzəyə saldı,
Cəsarəti Midiyalıları sarsıtdı.
11 Mənim məzlum həmvətənlərim
səslərini ucaldanda
Düşmənlər qorxuya düşdülər.
Mənim zəif düşmüş soydaşlarım nida
edəndə
Düşmənlər dəhşətə gəldilər.
Bərkdən qışqıranda onlar geri çəkildilər.
12 Cavan qadınların övladları onları
qılıncdan keçirdilər,
Onları qaçaq qul kimi əzişdirdilər.
Düşmənlər Rəbbin qoşununun əli ilə məhv
oldular.
13 Allahıma yeni bir ilahi oxuyacağam:
Ey Rəbbim, Sən əzəmətlisən, izzətlisən,
Qüdrətin ecazkardır, məğlubedilməzdir!
14 Qoy bütün yaratdıqların Sənə xidmət
etsinlər!
Çünki Sən əmr etdin, hər şey yarandı,
Öz Ruhunu göndərdin, hər şey bina edildi.
Heç kim Sənin sözünə qarşı çıxa bilməz.
15 Dağların təməli sularla birgə titrəyər,
Qayalar Sənin önündə mum kimi əriyər,
Bununla belə, Sənə ehtiram edənlərə
mərhəmət göstərirsən.
16 Sənin üçün verilən xoş ətirli təqdim
Elə də böyük bir şey deyil.
Sənə yandırma qurbanı olaraq gətirilən piy
Elə də əhəmiyyətli deyil.
Amma Rəbbə ehtiram edən daim ucalar.
17 Mənim xalqımın üzərinə gələn
millətlərin vay halına!
Külli-İxtiyar Rəbb hökm günü onları
cəzalandıracaq.
Onları oda təslim edəcək, bədənlərinə qurd
salacaq,
Ağrı çəkərək əbədi olaraq göz yaşı
tökəcəklər!»
18 Sonra xalq Yerusəlimə gəldi və Allahın
önündə səcdə etdi və paklandıqdan sonra
yandırma qurbanları, könüllü təqdimlər və
hədiyyələr gətirdilər. 19 Yudit xalqın ona
verdiyi Holofernesə məxsus əşyaları və
Holofernesin yataq otağından götürdüyü
pərdəni Rəbbə təqdim olaraq verdi.
20 Xalq üç ay ərzində Yerusəlimdə
məbədin qarşısında şənlik etdi, Yudit də
onlarla birlikdə orada qaldı.
Dostları ilə paylaş: