evlənmişdi. Susanna çox gözəl və mömin
qadın idi.
3
Onun valideynləri saleh
Yəhudilərdən idi və öz qızlarına Musanın
qanununu öyrətmişdilər.
4
Yoakim çox varlı
adam idi və onun evinin ətrafında çox
gözəl bağı var idi. Yəhudilər tez-tez orada
toplanırdılar, çünki hamı Yoakimə hörmət
edirdi.
5-6
Bir-biri ilə mübahisəsi olanlar
Yoakimin evinə gedirdilər, çünki həmin
ildə xalq arasından çıxan iki hakim orada
hakimlik edirdi. Rəbb belələri barədə
demişdi ki, günah Babildə xalqı idarə
etmək üçün təyin olunan hakimlərdən
çıxdı.
7
Günorta vaxtı xalq çıxıb gedəndə
Susanna ərinin bağına gəzməyə çıxardı.
8
Hər dəfə bağa gələn və orada gəzişən
Susannanı o iki hakim görürdü və onlarda
ona qarşı şəhvət hissi oyandı.
9
Onlar ikisi
də göylərə baxmayaraq (dua etməyərək) və
ədalətli hökmləri yada salmayaraq
ağıllarını itirdilər.
10
Hər ikisi ona eyni
şəhvət hissini keçirirdi, amma ikisi də
istəklərini bir-birindən gizlədirdi.
11
Çünki
onunla cinsi əlaqədə olmaq haqqındakı
ehtiraslarını açıqlamağa utanırdılar.
12
Beləcə, hər gün Susannanı görmək üçün
cəhdlə onu güdür və bir-birinə deyirdilər:
13
«Gedək evə, artıq nahar vaxtıdır». Sonra
çıxaraq bir-birindən ayrılırdılar.
14
Geri
qayıdaraq yenə həmin yerə gəldilər və
bunun səbəbini bir-birlərindən soruşduqda
Susannaya olan öz ehtiraslarını etiraf
etdilər. Susannanı təklikdə yaxalamaq üçün
birlikdə fürsət axtarmağa başladılar.
15
Belə oldu ki, onlar əlverişli fürsəti
gözlədilər. Bir dəfə Susanna hər gün
olduğu kimi, iki xidmətçi qızla bağa girdi
və bağda çimmək istədi, çünki çox isti idi.
16
Gizlənib Susannanı güdən iki hakimdən
başqa bağda heç kim yox idi.
17
Susanna
xidmətçilərinə belə dedi: «Mənə ətirli yağ
və sabun gətirin, bağın qapılarını bağlayın
ki, rahat çimə bilim».
18
Xidmətçilər
qapıları bağlayıb Susannanın istədiklərini
gətirmək üçün yan qapılardan çıxdılar,
amma hakimləri görmədilər, çünki onlar
gizlənmişdilər.
19
Xidmətçilər çıxan kimi
iki hakim gizləndikləri yerdən çıxıb cəld
Susannanın yanına gəldilər və belə dedilər:
20
«Budur, bağın qapıları kilidlənib, bizi
heç kim görmür. Səninlə yatmaq istəyirik,
buna görə bizimlə razılaş və istədiyimizi
bizə ver.
21
Əgər istədiyimizi bizə
verməsən, onda gənc bir adamla tək
qalmaq
üçün
xidmətçilərini
uzaqlaşdırdığını söyləyib sənə qarşı
şahidlik edəcəyik».
22
Susanna inləyərək
belə söylədi: «Mən hər tərəfdən
sıxışdırılmışam; çünki sizə təslim olsam,
zina etdiyimə görə ölümə məhkum
olunaram. Sizi rədd edərəmsə, sizin əlinizə
düşərəm.
23
Rəbbə qarşı günah
işlətməkdənsə, sizin əlinizə düşməyə
üstünlük verirəm».
24
Bunu deyib Susanna
var gücü ilə qışqırdı; iki hakim də onun
əleyhinə bağırmağa başladılar.
25
Bu
kişilərdən biri qaçıb bağın qapılarını açdı.
26
Evdəki xidmətçilər bağdakı səs-küyü
eşidib Susannaya nə olduğunu görmək
üçün yan qapılardan bağa atıldılar.
Dostları ilə paylaş: