Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə302/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   296   297   298   299   300   301   302   303   304
Barux

BEL VƏ ƏJDAHA
GİRİŞ
«Bel   və   əjdaha»  «Daniel   Kitabının»  yunan   dilində   tərcüməsinə   əlavə   olunan   üç
mətndən biridir. Bu mətn iki hissədən ibarətdir. Birinci hissədə Daniel Bel adlı bütə səcdə
edən kahinləri və onların puç etiqadını ifşa edir. İkinci hissədə isə o, Babillilərin səcdə
etdiyi əjdahaya qalib gəlir.
1-22 Daniel kahinləri ifşa edir

Padşah Astiyaqın ölümündən sonra Fars
padşahı   Kir   onun   yerinə   keçdi.  

Daniel
padşah Kirin ən yaxın dostlarından biri idi.
Padşah   əyanları   arasında   ən   çox   Danielə
güvənirdi.  

Babillilərin   Bel   adında   bir
bütləri var idi. Xalq hər gün Belə on iki
böyük kisə buğda unu, qırx qoyun və altı
ölçü
a
  şərab   vermək   məcburiyyətində   idi.

Padşah Kir Belin allah olduğuna inanır və
hər   gün   ona   səcdə   edirdi;   Daniel   isə   öz
Allahına   səcdə   edirdi.   Amma   bir   gün
padşah Danielə dedi: «Sən nə üçün Belə
səcdə   etmirsən?»  

Daniel   cavab   verdi:
«İnsan   əllərinin   işi   olan   bütlərə   səcdə
etmirəm,   mən   yalnız   göyləri   və   yeri
yaradan   və   bütün   bəşər   üzərində
hökmranlıq   edən   yaşayan   Allaha   səcdə
edirəm».  

Padşah   dedi:   «Sən   Belin   canlı
allah   olmadığını   düşünürsən?   Hər   gün
onun nə qədər yeyib-içdiyini görmürsən?»

Daniel   gülümsəyərək   cavab   verdi:   «Ey
padşahım,   aldanmayın!   Bel   adlanan   bu
allah  bürünclə  örtülmüş gildən  düzəldilib
və heç vaxt nə yeyib, nə də içib».  

Onda
padşah   hirslənərək   Belin   kahinlərini
çağırdı və onlara dedi: «Əgər Belə təqdim
olunan   yeməkləri   kimin   yediyini   mənə
göstərməsəniz,
 
ölümə
 
məhkum
ediləcəksiniz.  

Amma   əgər   bunları   Belin
yediyini mənə sübut etsəniz, onda Danieli
ölümə   məhkum   edəcəyəm,   çünki   Daniel
Belə   küfr   edir».   Daniel   padşaha   dedi:
«Qoy padşahın sözünə görə olsun».  
10 
Bel
kahinləri   arvad   və   uşaqlarından   başqa
yetmiş nəfər idi. 
11 
Padşah Daniellə birlikdə
Belin məbədinə gəldilər və Belin kahinləri
dedilər:   «Biz   buradan   çıxırıq,   padşah   isə
masanın   üstünə   yemək   və   şərab   qoysun,
qapıları   bağlasın   və   öz   üzüyü   ilə
möhürləsin.  
12 
Əgər sabah gəlib Belin hər
şeyi   yediyini   görməsəniz,   bizi   ölümlə
cəzalandıra   bilərsiniz,   əksinə   olarsa,   bizə
qarşı yalandan böhtan atan Daniel öləcək».
13 
Kahinlər buna fikir vermədilər, çünki bir
masanın   altında   gizli   qapı   düzəltmişdilər
və   hər   dəfə   içəri   girir   və   təqdim   edilən
qidaları   yeyirdilər.  
14 
Kahinlər   getdikdən
216


sonra   padşah   yeməkləri   Belin   qarşısına
düzdü,   Daniel   isə   kül   gətirmələrini   və
bütün məbədə səpmələrini öz nökərlərinə
əmr etdi. Bunu padşahdan başqa bir kimsə
görmədi.   Sonra   hamısı   çıxıb   qapını
kilidlədilər, padşahın üzüyü ilə möhürləyib
getdilər.  
15 
Kahinlər   isə   hər   dəfə   olduğu
kimi,   o   gecə   də   arvad   və   uşaqları   ilə
birlikdə   gizli   qapıdan   məbədə   girdilər,
bütün   yeməkləri   yeyib,   şərabı   içdilər.
16 
Ertəsi gün padşah və Daniel səhər tezdən
oyanıb məbədə getdilər. 
17 
Padşah soruşdu:
«Daniel,   möhür   açılmayıbmı?»   Daniel
«xeyr,   ağam,   möhür   açılmayıb»   deyə
cavab verdi. 
18 
Qapı açılan kimi padşah boş
masanı   görüb   qışqırdı:   «Ey   Bel!   Sən
böyüksən! Sən həqiqi allahsan!»  
19 
Daniel
isə   gülərək   belə   söylədi:   «Məbədə
girməmişdən   əvvəl   döşəməyə   baxın   və
orada   kimin   ayaq   izlərini   gördüyünüzü
söyləyin».  
20 
Padşah   dedi:   «Kişilərin,
qadınların   və   uşaqların   ayaq   izlərini
görürəm».  
21 
Padşah   hirsləndi,   kahinləri,
onların   arvadlarını   və   uşaqlarını   tutub
yanına   gətirtdi.   Onlar   masanın   üstünə
qoyulan   yeməkləri   yemək   üçün   hər   gecə
hansı   gizli   qapıdan   içəri   girdiklərini
padşaha göstərdilər. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin