22-32 Daniel əjdahanı öldürür 22
Onda padşah kahinləri ölümə məhkum
etdi, Beli də Danielə verdi. Daniel bütü və
onun məbədini yerlə yeksan etdi.
23
Babillilərin səcdə etdikləri böyük bir
əjdaha var idi.
24
Bir gün padşah Danielə
belə dedi: «Bu allahın bürüncdən olduğunu
söyləməzsən ki? Budur, o canlıdır, həm
yeyir, həm içir, bu allahın canlı olmadığını
deməzsən; ona səcdə et!»
25
Daniel dedi:
«Mən Rəbb Allahıma səcdə edirəm, çünki
canlı Allah Odur.
26
Amma ağam padşah
əjdahanı qılıncsız və dəyənəksiz
öldürməyimə izin versin». Padşah dedi:
«Sənə izin verirəm».
27
Onda Daniel qatran,
piy və tük götürüb bunları bir-birinə qatıb
bişirdi. Bunlardan yumru-yumru kömbələr
düzəldib əjdahanın ağzına atdı. Bunları
yeyən əjdaha şişdi və şaqqalandı. Onda
Daniel belə söylədi: «Siz Babillilərin səcdə
etdiyi bax budur».
28
Babillilər baş verənlər
barəsində eşidəndə çox hirsləndilər və
padşaha qarşı çıxaraq dedilər: «Padşah
Yəhudi oldu. Əvvəlcə Beli dağıdıb
kahinlərini öldürtdü, sonra da əjdahamızı
öldürdü».
29
Onlar padşahın yanına gələrək
dedilər: «Danieli bizim əlimizə ver, yoxsa
səni və sənin ailəni öldürəcəyik».
30
Padşah
onların çox israrlı olduqlarını gördükdə
Danieli onlara təslim etmək
məcburiyyətində qaldı.
31
Onlar da Danieli
şirlərin quyusuna atdılar və Daniel orada
altı gün qaldı.
32
Quyuda yeddi şir var idi
və bu şirlərə hər gün iki insan, iki qoyun
verilirdi. Amma onlar Danieli yesin deyə
altı gün müddətində şirlərə heç bir yemək
verilmədi.