Padşaha qarşı qurulan sui-qəsd 12 [12] Mordokay sarayın həyətində
padşahın iki hərəmağası olan və sarayı
qoruyan Biqtan və Tereşlə birlikdə istirahət
edirdi. 13 [13] Mordokay onların
danışıqlarını eşitdi, niyyətlərini anladı və
padşah
Axaşveroşa
sui-qəsd
hazırladıqlarını öyrəndi və bu barədə
padşaha xəbər verdi. 14 [14] Padşah bu iki
hərəmağasına işgəncə verməyi əmr etdi və
onlar bunu boyunlarına aldıqda edam
olundular.
15 [15] Padşah bu hadisəni xatirə kitabına
yazdı. Mordokay da bu hadisəni yazdı.
16 [16] Padşah Mordokayın sarayda qulluq
etməsini əmr etdi və ona hədiyyələr verdi.
17 [17] Amma o vaxt padşah tərəfindən
yüksək dəyərləndirilən Aqaqlı Hammedata
oğlu Haman iki hərəmağasının qisasını
36
almaq qərarına gəldi və Mordokaya pislik
etməyə çalışdı.