Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə33/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   29   30   31   32   33   34   35   36   ...   304
Barux

Axaşveroşun ziyafəti
1
18 [1] Bunlar Axaşveroşun günlərində baş
vermişdi.   Axaşveroşun   imperatorluğu
Hindistandan başlayır və yüz iyirmi yeddi
vilayəti   əhatə   edirdi.   19 [2]   O   günlərdə
padşah Axaşveroş Şuşan şəhərində taxtında
oturmuşdu.   20 [3]   Padşahlığının   üçüncü
ilində bütün dostlarına, müxtəlif millətlərin
nümayəndələrinə,   Fars   və   Midiya
hakimlərinə   və   vilayət   canişinlərinə
sarayında bir ziyafət verdi. 21 [4] Beləcə,
imperatorluğunun   var-dövlət   və   cah-
calalını,   padşahlığının   böyüklüyünü   və
hörmətini nümayiş etdirdi. Şənliklər uzun
müddət davam etdi, yüz səksən gün çəkdi.
22 [5] Bu toy şənliklərindən sonra padşah
sarayının   həyətində   şəhərdə   yaşayan
böyükdən kiçiyə kimi hər kəs üçün altı gün
davam edən bir ziyafət verdi. 23 [6] Ağ və
bənövşəyi pərdələr incə kətandan və açıq
bənövşəyi iplikdən düzəldilmiş kəndirlərlə
başında   qızıl   və   gümüş   bəzəkləri   olan
mərmər   sütunlardan   asılmışdı.   Həyətdə
porfir, mərmər, sədəf və qiymətli daşlarla
işlənmiş   şəbəkə   üzərində   qızıl   və   gümüş
bəzəkləri   olan   kürsülər   var   idi.   Hər
kürsünün   üzərindəki   örtüyün   ortasında
müxtəlif güllər, kənarlarında isə rəngarəng
qızılgül   tikmə   bəzəkləri   var   idi.   24 [7]
İçkilər müxtəlif qızıl və gümüş qədəhlərdə
içilirdi;   orada   otuz   min   talantdan   çox
qiyməti   olan   yaqutlarla   bəzədilmiş   kiçik
piyalə   var   idi;   padşahın   içdiyi   şərablar
bolluqla   paylanırdı.   25 [8]   İçki   içmək
məcburiyyəti   olmadığı   üçün   padşahın
əmrinə   uyğun   olaraq,   evdəki   köməkçilər
hər   qonaqla   onun   istədiyi   kimi
davranırdılar.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin