Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə35/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   31   32   33   34   35   36   37   38   ...   304
Barux

Ester mələkə olur
1 Bir   müddətdən   sonra   hirsi   soyuyan
Axaşveroş   Vaştini   xatırladı.   Onun   necə
hərəkət   etdiyini   və   ona   qarşı   görülən
tədbirləri   yada   saldı.   2 Padşahı
əyləndirməyə   cavabdeh   olan   xidmətçiləri
belə dedilər: «Padşah üçün bakirə gözəllər
seçilsin.   3 Padşah   ölkənin   bütün
vilayətlərində məmurlar təyin etsin. Onlar
da   bütün   gözəl,   bakirə   qızları   Şuşan
şəhərinə   gətirsinlər   və   padşahın
hərəmağasının   ixtiyarına   verilsin.   Qızlara
ənlik-kirşan   və   digər   bəzək   vasitələri
verilsinlər.   4 Padşahın   xoşuna   gələn   qız
Vaştinin   yerinə   mələkə   olsun».   Bu
təklifdən   məmnun   olan   padşah   belə   də
etdi.
5 Şuşan  şəhərində  Binyamin  qəbiləsindən
Kiş   oğlu   Şimi   oğlu  Yair   oğlu   Mordokay
adında   bir   Yəhudi   yaşayırdı.   6 O,   Babil
padşahı   Navuxodonosorun   Yerusəlimdən
sürgün   etdiyi   əsirlərdən   biri   idi.
7 Mordokay   əmisi   Aminadavın   qızını
övladlığa   götürüb   böyütmüşdü.   Onun   adı
Ester   idi.   Ester   ata-anasını   itirmişdi.
Esterin həm qaməti, həm də çöhrəsi gözəl
idi; ata-anası öləndən sonra Mordokay onu
gələcəkdə   özünə   arvad   etmək   üçün
götürmüşdü.
8 Padşahın   fərmanı   yayıldıqdan   sonra
çoxlu   gənc   qızı   Şuşan   şəhərinə   gətirib
Heqaya   təslim   etdilər.   Ester   də   qadınlara
baxan   Heqaya   təhvil   verildi.   9 Heqay
Esteri   bəyəndi   və   ona   üstünlük   verdi.
Esteri ənlik-kirşanla, yemək payı ilə təmin
etdi.   Bundan   başqa,   padşah   sarayından
yeddi   xidmətçi   qızı   da   onun   üçün   təyin
etdi; hərəmxanada Esterlə xidmətçi qızlara
xüsusi qayğı göstərdi.
10 Ester   nə   nəslini,   nə   də   qohum-
əqrəbalarını   açıqladı,   çünki   bu   barədə
danışmağı Mordokay ona qadağan etmişdi.
11 Mordokay hər gün hərəmxananın həyəti
qarşısında   vurnuxur,   Esterin   hansı
vəziyyətdə   olması   və   onunla   necə
davranılması barədə məlumat alırdı.
12 Hər gənc qız on iki aylıq müddət başa
çatanda   padşah   Axaşveroşun   hüzuruna
çıxmalı   idi.   Bu   müddət   ərzində   bu   işlər
tamamlanmalı idi: altı ay qadınlara mirra
ilə qarışdırılmış yağ çəkilir, sonrakı altı ay
isə ətirlər və ənlik-kirşan istifadə edilirdi.
13 Hər   gənc   qız   padşahın   yanına
girməmişdən əvvəl hərəmxanadan istədiyi
şeyi   götürüb   saraya   apara   bilərdi.
14 Axşam Padşahın yanına gedən gənc qız
səhər digər hərəmxanaya gedirdi; padşahın
bu   hərəmxanasının   başçısı   Şaaşqaz   idi.
Padşaha   görünən   qadın   bir   daha   onun
yanına girə bilməzdi. Yalnız padşahın adı
ilə çağırdığı qız yenidən onun yanına girə
bilərdi.
15 Amma   Avixayilin   qızı   olan   və
Avixayilin   qardaşı   oğlu   Mordokay
tərəfindən   övladlığa   götürülən   Esterə
padşahın   hüzuruna   çıxmaq   növbəsi
gələndə   o,   qadınlara   cavabdeh   olan
hərəmağanın   ona   götürmək   məsləhət
38


etdiyindən   başqa   heç   bir   şey   istəmədi.
Esteri görən bütün insanlar onu bəyənirdi.
16 Adar   adlanan   on   ikinci   ayda,
Axaşveroşun   hökmranlığının   yeddinci
ilində   Ester   padşahın   yanına   aparıldı.
17 Padşah   Esteri   sevdi;   o   biri   qızlardan
daha çox onu bəyəndi; tacı Esterin başına
qoydu.   18 Sonra   padşah   dostlarına   və
əyanlara   yeddi   günlük   ziyafət   verdi   və
Esterlə toyunu bayram etdi. Padşahlığının
sakinlərinə hədiyyələr etdi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin