Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə36/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   32   33   34   35   36   37   38   39   ...   304
Barux

Mordokay və Haman
19 Mordokay   sarayda   xidmət   edirdi.
20 Ester
 
öz
 
qohum-əqrəbalarını
açıqlamamışdı, çünki bunu ona Mordokay
tapşırmışdı.   Mordokay   həmçinin   Esterə
onu   böyütdüyü   günlərdə   olduğu   kimi,
Allahdan   qorxmağı   və   Onun   əmrlərinə
əməl   etməyi   tapşırmışdı.   Ester   öz   həyat
tərzini dəyişməmişdi.
21 Padşahın   əsas   mühafizəçisi   olan   iki
xacə Mordokayın yüksək vəzifə almasına
görə   qeyzlənmişdi.   Onlar   padşah
Axaşveroşu öldürmək məqsədi ilə bir sui-
qəsd hazırlayırdılar. 22 Vəziyyəti öyrənən
Mordokay mələkə Esterə bu barədə xəbər
verdi; o da padşaha bu plan barədə bildirdi.
23 Padşah iki xacəni istintaq etdi və onları
asdı.   Mordokayın   bu   xeyirxahlığı
unudulmasın deyə, padşah bu hadisəyə aid
sənədi öz kitabxanasına qoymağı əmr etdi.
3
1 [1]   Qısa   müddətdən   sonra   padşah
Axaşveroş   Aqaqlı   Hammedata   oğlu
Hamanı  daha  yüksək  vəzifəyə  təyin  etdi.
Padşah   onu   özünün   digər   dostlarından
daha   üstün   etdi.   2 [2]   Sarayda   hamı
Hamana   padşahın   əmrinə   uyğun   olaraq
ehtiram   göstərirdi,   Mordokay   isə   ona
ehtiram   göstərmirdi.   3 [3]   Padşah
sarayında   xidmət   edənlər   Mordokaydan
«Mordokay, sən niyə padşahın söylədiyinə
itaət   etmirsən?»   deyə   soruşdular.   4 [4]
Onlar   bu   sualı   hər   gün   Mordokaya
verirdilər,   amma   o,   onlara   əhəmiyyət
vermirdi.  Axırda   xidmətçilər   Mordokayın
padşahın əmrinə itaət etmədiyini və onlara
Yəhudi   olduğunu   söylədiyini   Hamana
bildirdilər. 5 [5] Mordokayın ona ehtiram
etmədiyini   öyrənəndə   Haman   bərk
qəzəbləndi.   6 [6]   O,   Axaşveroşun
imperatorluğundakı hər bir Yəhudini məhv
etmək qərarına gəldi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin