Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə37/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   33   34   35   36   37   38   39   40   ...   304
Barux

Hamanın pis planları
7 [7] Padşah Axaşveroşun padşahlığının on
ikinci ilində Mordokayın adamlarının ölüm
gününün   və   ayının   təyin   olunması   üçün
Haman   püşk   atdı.   Püşk  Adar   ayının   on
dördüncü gününə düşdü.
8 [8] Haman padşah Axaşveroşa belə dedi:
«Padşahlığınızın   vilayətlərində   o   biri
xalqların arasına səpələnmiş bir xalq var.
Qanunları   bütün   o   biri   xalqlarınkından
fərqlidir   və   padşahın   fərmanlarına
əhəmiyyət   vermirlər.   Bu   səbəbdən   onlara
dözmək padşahın mənafeyinə uyğun deyil.
9 [9] Padşah onların məhv edilməsini əmr
etmək   istəsə,   padşahın   xəzinəsi   üçün   on
min talant gümüş ödəməyə hazıram».
10 [10]   Sonra   Yəhudilərə   qarşı   yazılmış
əmri   möhürləmək   üçün   padşah   möhür
üzüyünü   barmağından   çıxarıb   Hamana
verdi.   11 [11]   Padşah   ona   belə   dedi:
«Gümüşün özündə qalsın, bu insanlarla nə
istəyirsən et».
12 [12]   Birinci   ayın   on   üçüncü   günü
padşahın   mirzələri   çağırıldı   və   onlar
Hamanın   əmr   etdiyi   kimi,   Hindistandan
Həbəşistanadək   yüz   iyirmi   yeddi   vilayəti
idarə edən valilərə və padşah Axaşveroşun
padşahlığındakı
 
bütün
 
xalqların
ağsaqqallarına onların öz dilində yazdılar.
13 [13] Adar adlı on ikinci ayın müəyyən
39


bir günündə Yəhudi xalqını məhv etmək və
onların   mülkünü   müsadirə   etmək   üçün
qasidlər
 
vasitəsilə
 
Axaşveroşun
padşahlığının   hər   yerinə   məktublar
göndərildi. 
a
----------------------------------------------------

 
a3-cü fəsil «B» fəslindən sonra davam
edir. 
B
14 [1] Məktubun məzmunu belədir:
Böyük padşah Axaşveroşdan Hindistandan
Həbəşistana qədər uzanan yüz iyirmi yeddi
vilayətə və onlara tabe olan canişinlərə:
15 [2] «Bir çox xalqlar üzərində padşahlıq
və   bütün   kainat   üzərində   hökmranlıq
edərək,   hakimiyyətin   qürurundan
təkəbbürlənməyərək,   daim   həlimlik   və
sakitliklə idarə edərək rəiyyətin həyatının
həmişə dinc olmalarını, öz padşahlığımın
əmin-amanlığını   və   onun   bütün
hüdudlarında   asan   keçilən   olmasını
gözləyərək   adamların   hamısı   üçün   arzu
olunan sülhü bərpa etmək istəyirəm.
16 [3]   Buna   necə   nail   olmağı
müşavirlərimdən   soruşduqda   aramızda   öz
müdrikliyi ilə seçilən, əvəzsiz lütfkarlığa,
möhkəm sadiqlik sübutuna malik olan və
padşahlıqda   ikinci   hörmət   sahibi   olan
Haman   bizə   başa   saldı   ki,   17 [4]   pis
xasiyyətli   bəzi   insanlar   dünyanın   bütün
qəbilələri   arasına   yayılmışdır.   Onlar   öz
qanunları ilə bütün millətlərə qarşıdırlar və
padşahın   əmrlərinə   biganəlik   edirlər.
Onların hərəkətləri hər kəsin yaxşılığı üçün
davam   etdirdiyimiz   dövlət   rəhbərliyinə
mane olmaqdır.
18 [5]   Belə   vəziyyətdə   aydın   olur   ki,   öz
xislətlərində   tək   olan   bu   insanlar   qəti
şəkildə   bütün   insanlığa   qarşıdırlar,   çünki
öz qəribə qanunları ilə onlardan ayrılırlar.
Bu insanlar mənafeyimizə düşməndirlər və
ən   iyrənc   günahlar   edirlər.   Belə   ki,
padşahlığın   sarsılmazlığını   təhlükəyə
məruz qoyurlar. Beləliklə, yalnız bu xalqın
həmişə   hər   bir   insana   qarşı   olduğu,
qanunlara   zidd   həyat   tərzi   sürdüyü   və
bizim   işlərimizə   qarşı   çıxaraq
padşahlığımızın   abadlaşdırılmasına   nail
olunmaması   üçün   çox   böyük   pisliklər
etdiyi  görünür.  19 [6]  Əmrimiz  budur  ki,
mülkiyyətimizi qoruyan və bizə ikinci ata
olan   Hamanın   yazdığı   məktublarda
göstərilmiş   kişilər,   qadınlar   və   uşaqlarla
birlikdə,   ümumiyyətlə,   düşmənləri
tərəfindən   qılıncdan   keçirilsinlər.   Onların
kökü   kəsiləcək.   Heç   kim   onlara   rəhm
etməyəcək,   onları   bağışlamayacaq   və   bu
hadisə   bu   ilin   on   ikinci   ayı   olan   Adar
ayının   on   dördüncü   günündə   həyata
keçəcək.   20 [7]   Beləcə   keçmişdəki   və
bugünkü   pis   adamlar   bir   günün   içində
ölülər   diyarına   atılmağa   məcbur
ediləcəklər   ki,   sonrakı   həyatımızı   sona
qədər sülhdə və rahatlıqda keçirməyimizə
mane olmasınlar».
3
21 [14]   Məktubun   surətləri   hər   torpağa
göndərildi. Əmr olundu ki, bütün xalqlar
həmin   günə   hazır   olsunlar.   22 [15]
Fəaliyyət   sürətlə   Şuşana   da   yayıldı.
Padşahla   Haman   yeyib-içən   vaxt   şəhər
həyəcana düşmüşdü.
4

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin