23-24 [6-7] Amma mən insan şöhrətini
Allahın şöhrətindən
Üstün tutmamaq üçün bunu etdim.
Rəbbim, mən yalnız Sənə baş əyərək
Salam verirəm.
25-26 [8-9] İndi Rəbbim, Allahım,
Padşahım,
İbrahimin Allahı,
Öz xalqını bağışla!
Çünki insanlar həlak olmağımızın
qəsdindədir,
Sənin əzəli mirasını qırmaq istəyirlər.
Misir ölkəsindən Özün üçün satın aldığın
Öz mülkünə xor baxma.
27 [10] Duamı eşit,
Öz mirasına mərhəmətli ol,
Yasımızı şənliyə çevir.
Beləcə, Rəbbim, yaşayaraq
Sənin ismini mədh edək;
Səni izzətləndirən
Dili susdurma, Rəbbim».
28 [11] Bütün İsraillilər var gücləri ilə
qışqırıb çağırdılar, çünki ölümlə üz-üzə
qalmışdılar.
Dostları ilə paylaş: