3 [3] Ester yenə padşahla danışdı. Onun
ayaqlarına düşdü, Hamanın pisliyini və
Yəhudilərə etdiyi şeyi ləğv etməkdən ötrü
ona yalvardı. 4 [4] Beləcə, padşah qızıl
əsasını Esterə tərəf uzatdı. Ester də qalxıb
padşahın önündə dayandı. 5 [5] Ester dedi:
«Əgər bu, sənə məqbul olsa və gözündə
lütf tapsam, sənin padşahlığında olan
Yəhudiləri məhv etmək barədə yazılmış
Haman tərəfindən göndərilən məktubların
səlahiyyətini ləğv etmək üçün fərman
göndər. 6 [6] Xalqımın zülm çəkdiyini
görərək necə davam gətirə bilərəm?
Mənim tayfam məhv olduğu halda mən
onların arasından xilas olub necə davam
gətirə bilərəm?» 7 [7] Onda padşah Esterə
dedi: «Əgər mən Hamanın bütün
mülkiyyətini verib sənə bəxş etdimsə,
Yəhudilərə sui-qəsd hazırladığı üçün onu
dirəkdən asdırdımsa, daha nə əldə etmək
istəyirsən? 8 [8] Siz də mənim adımdan
özünüzə məqbul olanı yazın. Mənim
möhür üzüyümlə ona möhür vurun. Çünki
padşahın əmri olaraq yazılmış və mənim
möhür üzüyümlə möhür vurulmuş
fərmanın əleyhinə çıxmaq olmaz».
9 [9] Elə həmin il Nisan adlanan birinci
ayın iyirmi üçüncü günü mirzələr çağırıldı
və onlar Yəhudilərə yazdılar; bu,
Hindistandan Həbəşistana qədər idarəçilərə
və vilayət başçılarına, yüz iyirmi yeddi
vilayətə ayrı-ayrılıqda və hər birinin öz
dilində verilən əmr barədə idi. 10 [10]
Bunlar padşahın adından yazıldı, onun
möhür üzüyü ilə möhürləndi və məktublar
qasidlər vasitəsilə göndərildi.
11 [11] Padşah Yəhudilərə belə əmr etdi ki,
bütün şəhərlərdə öz qanunlarına uyğun
yaşasınlar, bir-birlərinin köməyinə
gəlsinlər, öz əleyhdarları və rəqibləri ilə
istədikləri kimi rəftar etsinlər. 12 [12] Bu
əmr Axaşveroşun padşahlığının bütün
ərazisində bir gün ərzində – Adar adlanan
on ikinci ayın on üçüncü günündə qüvvəyə
mindi.
Dostları ilə paylaş: