Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə47/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   43   44   45   46   47   48   49   50   ...   304
Barux

Yəhudilərin qələbəsi
1 Padşah
 
tərəfindən
 
yazılmış
məktublardakı əmr Adar adlanan on ikinci
ayın on üçüncü günü qüvvəyə mindi. 2 Elə
həmin   gün   Yəhudilərin   rəqibləri   məhv
oldular,   heç   kəs   müqavimət   göstərə
bilmədi,   çünki   Yəhudilərdən   qorxuya
düşmüşdülər.   3 Vilayət   başçıları,
hökmranlar,   padşah   mirzələri   Yəhudilərə
ehtiram   göstərirdilər,   çünki   Mordokayın
qorxusu   canlarına   düşmüşdü.   4 Çünki   o,
padşah   fərmanı   vasitəsilə   məlum   olaraq
padşahlığın   bütün   ərazisində   adı   ilə
tanınırdı. 5 e
6 Şuşan şəhərində Yəhudilər beş yüz adam
öldürdülər. 7 Parşandata, Dalfon, Aspatan,
8 Poratan,   Barea,   Sarbaxa,   9 Parmaştan,
Arisay, Ariday, Vayzatan da daxil olmaqla,
10 Yəhudilərlə   düşmənçilik   edən
Hammedata   oğlu   Hamanın   on   oğlu   və
Buqan   da   öldürüldü.   Həm   də   mallarını
qarət etdilər.
11 Həmin gün Şuşanda öldürülənlərin sayı
barədə padşaha məlumat verildi. 12 Padşah
da Esterə dedi: «Şuşan şəhərində Yəhudilər
beş   yüz   adamı   öldürdülər.   Ətrafdakı
yerlərdə   güman   edə   bilərsənmi   nələr
etdilər. Nə istəyirsən, o da olacaq».
13 Ester   padşaha   dedi:   «Qoy   Yəhudilərə
sabah da eyni ilə imkan verilsin ki, onlar
Hamanın   on   oğlunu   assınlar».   14 Beləcə,
padşah   icazə   verdi   ki,   bunu   etsinlər   və
Hamanın   oğullarının   cəsədlərini   asılmaq
üçün şəhərdəki Yəhudilərə təhvil versinlər.
15 Şuşandakı   Yəhudilər   Adar   ayının   on
dördüncü günü yenidən bir yerə yığılıb üç
yüz   adamı   öldürdülər,   amma   mallarını
qarət etmədilər.
16 Padşahlıqdakı   qalan   Yəhudilər   də   bir
yerə   yığılıb   özlərini   müdafiə   etdilər   və
düşmənlərindən   qurtuldular.   Adar   ayının
on   üçündə   onlardan   on   beş   min   adamı
qırdılar,   amma   mallarını   qarət   etmədilər.
17 Onlar   həmin   ayın   on   dördüncü   günü
istirahət etdilər və bu günü sevinc və fərəh
içində   dinclik   günü   kimi   qeyd   etdilər.
18 Amma Şuşan şəhərində olan Yəhudilər
on   dördüncü   gün   bir   yerə   yığıldılar   və
istirahət   etmədilər.   Onlar   həmçinin   on
beşinci günü sevinc və fərəh içində qeyd
etdilər.   19 Bu   səbəbdən,   bütün   əyalət
yerlərinə   pərən-pərən   düşmüş   Yəhudilər
Adar ayının on dördüncü gününü bayram
kimi fərəh içində qeyd edirlər və hər kəs öz
qonşusuna   sovqat   göndərir.   Böyük
şəhərlərin   sakinləri   isə   həmçinin   Adar
ayının   on   beşinci   gününü   fərəhli   bayram
kimi   qeyd   edirlər   və   qonşularına   sovqat
göndərirlər.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin