Mattatiya bütpərəst qurban mərasimində iştirakdan imtina edir 15 Əhalini zorla dinindən döndərməyə
məsul olan padşah qasidləri Modin
şəhərinə gəldilər ki, onları qurban
gətirməyə məcbur etsinlər. 16 Bir çox
İsrailli gələnlərin yanına yığıldı, Mattatiya
və oğulları da bir yerə toplaşdılar.
17 Padşah qasidləri Mattatiyaya müraciət
edib belə dedilər: «Sən bu şəhərdə başçı,
hörmətli və böyük adamsan, oğulların və
qardaşların da sənə dayaqdır. 18 İndi gəl
ilk olaraq padşahın əmrini sən icra et;
bütün millətlər, Yəhuda kişiləri,
Yerusəlimdə qalanlar bunu etdilər. Sən və
oğulların padşahın dostları arasında
olarsınız, özünü və oğullarını qızıl-
gümüşlə,
çoxlu
sovqatlarla
şərəfləndirərik». 19 Mattatiya uca səslə
ona cavab verib dedi: «Əgər padşahın
səltənətində yaşayan bütün millətlərin hər
biri öz atalarının dinindən dönüb padşahın
əmrinə itaət etməyi seçsələr, 20 mən,
oğullarım və qardaşlarım öz atalarımızın
əhdinə riayət edəcəyik. 21 Qoy Allah bizi
qanunumuzu və qaydalarımızı tərk
etməkdən qorusun. 22 Biz padşahın sözünə
itaət etməyəcəyik, öz dinimizdən nə sağa,
nə də sola sapmayacağıq».
23 O, sözünü bitirən kimi bir nəfər
Yəhudalı kişi hamının gözü önündə
padşahın əmrinə görə Modendə olan
qurbangahda qurban gətirmək üçün irəli
çıxdı. 24 Bunu görəndə Mattatiyanı
təəssüb bürüdü, içi qaynadı, haqlı olaraq
qəzəbi yüksəldi və yüyürüb qurbangahın
üzərində həmin adamı öldürdü.
25 Həmçinin qurban gətirməyə məcbur
edən padşah vəzifəlisini də öldürüb
qurbangahı dağıtdi. 26 O, Salu oğlu
Zimriyə qarşı Pinxasın etdiyi kimi
qanunun təəssübünü çəkdi. 27 Sonra
Mattatiya uca səslə şəhərdə car çəkərək
dedi: «Qanunun təəssübünü çəkən və əhdə
bağlı qalan hər kəs ardımca gəlsin».
28 Mattaiya və onun oğulları dağlara
qaçdılar və bütün əmlaklarını şəhərdə
qoyub getdilər.