Yəhuda Makkabinin rəhbərliyi 1 Bundan sonra Mattatiyanın yerinə onun
oğlu Makkabi adlanan Yəhuda başçı oldu.
2 Ona bütün qardaşları və atasının bütün
tərəfdarları kömək etdilər. Onlar İsrail
naminə həvəslə döyüşə qatıldılar.
3 O, öz xalqının şöhrətini yaydı,
Bir nəhəng kimi döyüş zirehlərini geyindi,
Öz döyüş əsləhəsini qurşadı,
Döyüşə girib qılıncla sıraları qorudu.
4 O, əməllərində bir aslana,
Ov zamanı nərə çəkən cavan şir balasına
bənzəyirdi.
5 O, qanunu tanımayanları axtararaq təqib
etdi,
Xalqını həyəcana salanlara od vurdu.
6 Qanunu tanımayanlar onun qorxusundan
sıxışdırıldılar,
Qanuna zidd iş görənlərin hamısı lərzəyə
düşdü.
Xilasın uğuru onun əlində idi.
7 O, çox padşahlara acı gətirdi,
Amma öz işləri ilə Yaquba sevinc verdi.
Xatirəsi əbədi olaraq xeyir-dualıdır.
8 O, Yəhuda şəhərlərini dolaşdı,
Oralardakı dinsizləri məhv etdi.
Qəzəbi İsraildən sovuşdurdu.
9 Adı dünyanın o biri ucuna qədər yayıldı,
Tələf olası adamları ətrafına topladı.