Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə60/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   56   57   58   59   60   61   62   63   ...   304
Barux

Yəhudanın ilk uğuru
10 Onda  Apolloni   İsrailə   qarşı   döyüşmək
üçün bütpərəstləri və Samariyadan böyük
qoşun topladı. 11 Yəhuda bunu bilən kimi
onun   qarşısına   çıxdı   və   ona   zərbə   vurub
öldürdü.   Çox   adam   vurulub   yerə   yıxıldı,
qalanları   isə   qaçdı.   12 Onlardan   qənimət
götürdülər.   Yəhuda   Apolloninin   qılıncını
götürdü   və   bundan   sonra   həmişə   bu
qılıncla   döyüşdü.   13 Suriyanın   qoşun
başçısı Seron eşitdi ki, Yəhuda ətrafına bir
kütlə və onunla birgə döyüşə çıxan sadiq
adamlardan ibarət bir qoşun toplayıb. 14 O
dedi:   «Özümə   ad   qazanaram   və
padşahlıqda şöhrət taparam. Mən Yəhuda
və onunla birgə padşahın göstərişinə məhəl
qoymayanlarla
 
döyüşəcəyəm».
15 İsraillilərdən   qisas   almaq   məqsədi   ilə
dinsizlərdən ibarət güclü bir qoşun kömək
üçün   ona   qoşulub   getdi.   16 Seron   Bet-
Xoron   yoxuşuna   yaxınlaşanda   Yəhuda
kiçik   bir   dəstə   ilə   onun   qarşısına   çıxdı.
17 Onların   üzərinə   gələn   qoşunu
gördükləri   zaman   yanındakılar  Yəhudaya
dedilər:   «Belə   az   olduğumuz   halda   necə
çoxsaylı   güclü   qoşunla   döyüşə   çıxa
bilərik? Bu gün taqətdən düşmüşük, heç nə
yeməmişik».   18 Yəhuda   dedi:   «Çoxsaylı
qoşunun azsaylı dəstənin əlinə düşməsi heç
55


də çətin iş deyil; göylər üçün fərqi yoxdur
ki,   xilas   çoxluq,   ya   azlıq   vasitəsilə   əldə
olunur.   19 Döyüşdə   qələbə   qoşunun
gücündən   asılı   deyil,   qüvvə   göylərdən
gəlir.   20 Onlar   böyük   təkəbbür   və
haqsızlıqla   üstümüzə   gəlirlər   ki,   bizi,
arvad-uşaqlarımızı   məhv   etsinlər   və
əmlakımızı   qənimət   aparsınlar.   21 Amma
biz   həyatımız   və   qanunlarımız   naminə
döyüşürük. 22 Rəbb Özü bizim önümüzdə
onları darmadağın edəcək, sizsə onlardan
qorxmayın».   23 Yəhuda   sözlərini
bitirdikdən   sonra   qəfil   onların   üzərinə
atıldı.   Seron   və   qoşunu   onların   önündə
məğlub oldu. 24 Yəhudanın qoşunu Seronu
Bet-Xoron enişi ilə, düzənliyə qədər təqib
etdi.   Qarşı   tərəfdən   səkkiz   yüzə   qədər
adam   öldü,   qalanları   isə   Filişt   torpağına
qaçdılar.   25 Hamı   Yəhuda   və   onun
qardaşlarından   qorxmağa   başladı,
Yəhudilərin   ətrafındakı   millətlər   dəhşətə
düşdü. 26 Onun adı padşaha qədər çatdı və
bütün   millətlər   Yəhudanın   döyüşlərindən
danışırdı.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin