Yəhudilər Mispada toplaşır 46 Yəhudilər toplaşıb Yerusəlimin qarşı
tərəfində olan Mispaya getdilər, çünki
əvvəllər İsrailin dua yeri Mispada idi. 47 O
gün oruc tutdular, çula büründülər,
başlarına kül tökdülər və paltarlarını
cırdılar. 48 Onlar Qanun kitabını açdılar;
bütpərəstlər, üzərində öz bütlərinin
təsvirini çəkmək üçün bu kitabı
axtarırdılar. 49 Kahin geyimlərini,
məhsulun novbarını və ondabirləri
gətirdilər, əhdlərini tamamlamış Nəziriləri
ayağa qaldırdılar. 50 Sonra göylərə tərəf
fəryad qaldıraraq dedilər: «Bu adamlara nə
edək? Onları hara aparaq? 51 Ya Rəbb,
Sənin müqəddəs məskənin tapdalanıb
murdarlanır, Sənin kahinlərin matəm və
həqarət içindədirlər. 52 Budur, bütpərəstlər
bizi məhv etmək üçün toplaşırlar. Bizim
əleyhimizə nələr düşündüklərini Sən
bilirsən. 53 Sən bizim köməyimizə
gəlməsən, onlara necə müqavimət göstərə
bilərik?» 54 Onlar boruları çaldılar və
böyük səs qaldırdılar. 55 Bundan sonra
Yəhuda xalqa başçılar – minbaşılar,
yüzbaşılar, əllibaşılar və onbaşılar təyin
etdi. 56 Ardından ev tikənlərə, nişanlı
olanlara, üzümlük salanlara və cəsarətsiz
olanlara söylədilər ki, qanuna əsasən,
onların hər biri evinə qayıtsın. 57 Sonra
qoşun çıxıb Emmausun cənubunda
ordugah qurdu. 58 Yəhuda dedi: «Silaha
qurşanın, cəsur olun! Səhər erkən bu
bütpərəstlərlə döyüşməyə hazır olun; onlar
bizə qarşı yığılıb bizi və məbədimizi məhv
etmək istəyirlər. 59 Millətimizin və
məbədimizin fəlakətini görməkdənsə
döyüşdə ölmək bizim üçün daha yaxşıdır.
60 Göylərin iradəsi nədirsə, o da olacaq».
4