qapıların yandırıldığını gördülər; həyətləri
meşə, yaxud hansısa dağ kimi ot basmışdı,
kahinlərin otaqları dağıdılmışdı. 39 Onlar
paltarlarını cırıb böyük hüznlə yas tutdular
və üstlərinə kül tökdülər. 40 Üzüstə yerə
qapandılar, siqnal borularını çaldılar və
göylərə fəryad qaldırdılar. 41 Onda
Yəhuda adamlarına əmr etdi ki, məbəd
təmizlənənə qədər iç qalada olanlarla
döyüşsünlər. 42 O, qüsursuz, qanuna ciddi
riayət edən kahinlər seçdi. 43 Onlar
məbədi təmizlədilər və murdarlanmış
daşları natəmiz yerə daşıdılar. 44 Yandırma
qurbanı verilən murdarlanmış qurbangaha
dair müzakirə apardılar ki, onunla nə
etsinlər. 45 Ondaca yaxşı bir qərara
gəldilər ki, onu dağıtsınlar, ta ki nə vaxtsa
onların məzəmmət edilməsinə bais
olmasın; cünki bütpərəstlər onu
murdarlamışdılar. Beləcə, qurbangahı
dağıtdılar. 46 Daşları məbədin olduğu
dağda lazımi yerə qoydular; ta ki
peyğəmbər gəlib bu daşlar barədə bildirsin.
47 Qanunun buyurduğu kimi, kəsilməmiş
daşlar götürdülər və əvvəldə olduğu kimi
yeni bir qurbangah tikdilər. 48 Həmçinin
Müqəddəs yeri və məbədin içini bərpa
etdilər, həyətləri təqdis etdilər. 49 Yeni
müqəddəs qablar düzəltdilər, çıraqdanı,
buxur qurbangahını və masanı məbədin
içərisinə gətirdilər. 50 Qurbangahda ətirli
buxur yandırdılar, çıraqdanın üzərindəki
çıraqları yandırdılar və məbədin içərisini
işıqlandırdılar. 51 Masanın üzərinə
çörəklər qoydular, pərdələri asdılar və
başladıqları bütün işləri bitirdilər.
52 Doqquzuncu ay olan Kislev ayının
iyirmi beşində, yüz qırx səkkizinci ildə
onlar səhər erkən qalxıb 53 yeni qurduqları
yandırma təqdimləri qurbangahının
üzərində qanunun buyurduğu kimi qurban
təqdim
etdilər.
54 Bütpərəstlərin
qurbangahı murdarladığı həmin tarixdə,
məhz həmin gündə o, ilahilərın, çənglərin,
liraların və sinclərin müşayəti ilə təqdis
edildi. 55 Bütün xalq üzüstə düşub səcdə
etdi və onlara uğur qazandıran Göylərə
alqış etdilər. 56 Qurbangahın təqdis
edilməsini səkkiz gün qeyd etdilər, fərəhlə
yandırma qurbanları təqdim etdilər, xilas
və şükür qurbanı gətirdilər. 57 Məbədin ön
hissəsini qızıl taclarla və qalxanlarla
bəzədilər, darvazalarla kahin otaqlarını
bərpa etdilər və ora qapılar qoydular.
58 Xalq çox böyük fərəh içində idi və
bütpərəstlərin onlara həqarət etməsinə son
qoyulmuşdu. 59 Onda Yəhuda, onun
qardaşları və bütün İsrail camaatı qərar
verdilər ki, qurbangahın təqdis günləri hər
il həmin mövsümdə Kislev ayının iyirmi
beşindən başlayaraq səkkiz gün ərzində
fərəh və sevinclə qeyd edilsin. 60 Elə
həmin vaxt Yəhudilər Sion dağının
ətrafında hündür divarlar və möhkəm
qüllələr tikdilər ki, bütpərəstlər nə vaxtsa
gəlib müqəddəs şeyləri onları əvvəl
etdikləri kimi tapdaq altına salmasınlar.
61 Yəhuda oraya dağı qoruyacaq qoşun
yerləşdirdi və dağın qorunması məqsədi ilə
Bet-Suru da möhkəmləndirdi ki, xalq üçün
Edomun qarşısında dayanan bir qala olsun.
5
Dostları ilə paylaş: