Deuterokanonik kitabları Yoxlama versiyası


Qalileya   və   Gileadda   döyüşlərin



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə68/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   64   65   66   67   68   69   70   71   ...   304
Barux

Qalileya   və   Gileadda   döyüşlərin
başlanması
9 Gileaddakı   bütpərəstlər   onların
ərazisində yaşayan İsrailliləri məhv etmək
üçün toplaşdılar. Amma İsraillilər Datema
qalasına   qaçdılar.   10 Onlar   Yəhuda   və
onun   qardaşlarına   məktub   göndərərək
yazdılar:   «Ətrafımızdakı   bütpərəstlər   bizi
məhv   etmək   üçün   toplaşıblar.   11 Hücum
edib   qaçdığımız   qalanı   ələ   keçirməyə
hazırlaşırlar. Qoşunlarına Timotey başçılıq
edir. 12 İndi isə gəlib bizi onların əlindən
qurtar,   çünki   çox   adamımız   qırıldı.
13 Tovda   yaşayan   bütün   soydaşlarımız
öldürüldü, onların qadınları və uşaqlar əsir
aparıldı,   əmlakları   qənimət   aparıldı;
təxminən   min   nəfər   adamı   öldürdülər».
14 Bu   məktub   hələ   oxunarkən,   budur,
Qalileyadan   başqa   qasidlər   geyimləri
cırılmış   halda   bu   xəbərlə   gələrək
15 dedilər:   «Ptolemaida,   Sur,   Sidon   və
Qalileyadakı   bütün   yadellilər   əleyhimizə
birləşdilər   ki,   bizi   məhv   etsinlər!»
16 Yəhuda   və   xalq   bu   sözləri   eşidəndə
böyük   məşvərət   şurasına   toplaşdılar   ki,
fəlakətə   uğrayan   və   düşmənin   hücumuna
məruz   qalan   soydaşları   üçün   nə   edə
bilərlər. 17 Onda Yəhuda qardaşı Şimona
dedi:   «Özünə   adamlar   seç   və   gedib
Qalileyada   olan   soydaşlarını   qurtar.   Mən
isə   qardaşım   Yonatanla   birlikdə   Gileada
gedəcəyəm». 18 Zəkəriyyə oğlu Yusifi və
Azariyanı   xalqın   başçısı   edərək   qoşunun
qalan   hissəsi   ilə   birgə   Yəhudeyanı
qorumaq  üçün   getdi.  19 Onlara  əmr  edib
dedi:   «Bu   xalqı   idarə   edin,   amma   biz
qayıdana   qədər   bütpərəstlərlə   döyüşə
girməyin».   20 Şimona   Qalileyaya   yürüş
üçün üç min, Yəhudaya isə Gileada getmək
üçün səkkiz min adam ayrıldı.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin