Yamniyada vəziyyətin məğlubiyyəti 55 Yəhuda və Yonatan Gileadda olan vaxt,
qardaşı Şimon da Qalileyada
Ptolemaidanın qarşısında ikən 56 qoşun
başçıları Zəkəriyyə oğlu Yusif və Azarya
onların igidliyini və döyüşdəki uğurlarını
eşidib 57 dedilər: «Qoy biz də məşhur
olmaq üçün gedib ətrafımızdakı
bütpərəstlərlə müharibə edək». 58 Onlar
ixtiyarlarında olan qoşuna bunu əmr etdilər
və Yamniyanın üzərinə getdilər. 59 Amma
Qorqiya və onun adamları döyüşdə onlarla
qarşılaşmaq üçün şəhərdən çıxdılar.
60 Yusiflə Azarya məğlub oldular və
Yəhudeyanın sərhədlərinə qədər düşmən
tərəfindən təqib olundular. O gün İsrail
xalqından iki minə qədər adam həlak oldu.
61 Xalq arasında böyük qarışıqlıq yarandı,
çünki onlar igidlik etmək istəyərək Yəhuda
və onun qardaşlarına qulaq asmamışdılar.
62 Belə ki onlar öhdələrinə İsraili xilas
etmək vəzifəsi qoyulan nəsildən deyildilər.
63 Amma cəsur Yəhuda və onun qardaşları
bütün İsrailin və adlarının eşidildiyi bütün
millətlərin arasında çox böyük şöhrət
qazandılar. 64 Adamlar onları alqışlamaq
üçün ətraflarına toplaşırdılar.